Azərbaycanda hamı yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atır - AÇIQLAMA

Azərbaycanda hamı yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atır - AÇIQLAMAİstifadə müddəti bitmiş mobil telefonlar və elektron cihazlar əksər hallarda məişət tullantıları ilə birgə zibil qutularına atılır. Lakin bu texnologiyalar adi zibil kimi yox olmur. Tərkibindəki zəhərli maddələr ətraf mühiti çirkləndirir, qiymətli metallar isə itkiyə gedir.
Azərbaycanda elektron tullantıların idarə olunması hələ tam formalaşmayıb və bu sahədə ciddi məlumat qıtlığı mövcuddur. Ölkədə rəsmi fəaliyyət göstərən şirkətlərin hesabatlılığı aşağıdır, dövlət statistikasında isə elektron cihazların tərkib hissələri ayrıca qeyd olunmur.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bu kifayət qədər araşdırılmamış, məlumatları tam olmayan və metodları hələ tam formalaşmamış mürəkkəb sahədir:
"Azərbaycanda bu sahə ilə bağlı iki şirkətin fəaliyyət göstərdiyi bildirilir: Fors Qrup MMC və Smart Waste şirkəti. Bu şirkətlər elektronika məhsulları, xüsusilə mobil telefonlar və digər elektron cihazlardan yaranan tullantıların toplanması və utilizasiyası ilə məşğul olurlar. Lakin onların hesabatlarında, veb saytlarında və digər mənbələrdə bu barədə geniş məlumat yoxdur. Ümumilikdə bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir, çünki bu tullantılar təhlükəli tullantılar kateqoriyasına daxildir. Köhnə telefonlar və digər elektron cihazlarda kobalt, qızıl, mis, litium kimi qiymətli metallar mövcuddur. Bu metallar mürəkkəb texnoloji proseslərdən sonra yenidən istifadə üçün ayrılıb təkrar dövriyyəyə qaytarıla bilər. Buna görə də elektron tullantıların toplanması bir çox ölkədə xüsusi qaydalarla tənzimlənir".
Ekspert deyib ki, Avropa İttifaqı ölkələrində WEEE direktivi qəbul olunub və bu sistem elektron tullantıların idarə olunmasını tənzimləyir:
"ABŞ, Cənubi Amerika və Şimali Amerika ölkələrində də bu proses fərqli mexanizmlərlə həyata keçirilir. Həmin tullantılar toplanır, çeşidlənir və zərərli hissələr zərərsizləşdirilir. Daha sonra separasiya prosesi aparılır və materiallar qruplara ayrılır.
Ümumilikdə bu sahədə hidrometallurgiya və pirometallurgiya kimi texnologiyalardan istifadə olunur. Cihazlar sökülür, batareyalar və digər təhlükəli hissələr ayrıca ayrılır, çünki onların ayrıca utilizasiya qaydaları var. Eyni zamanda qiymətli metalların bərpası da həyata keçirilir. Azərbaycanda isə bu proses hələ tam sistemli şəkildə formalaşmayıb. İl sonu ümumi hesabatlar verilsə də, elektron tullantılar, batareyalar və digər təhlükəli komponentlər ayrıca göstərilmir. Bu isə həm ekoloji nəzarət, həm də resursların düzgün idarə olunması baxımından müəyyən boşluqlar yaradır", - deyə o qeyd edib.
Yəni, sıradan çıxmış köhnə telefon və kompyuterlərin tərkibində qızıl, mis kimi bahalı metallar və zəhərli kimyəvi maddələr var, lakin Azərbaycanda onlar xüsusi qaydada yığılıb təkrar emal olunmadığı üçün həm iqtisadiyyata ziyan dəyir, həm də təbiət zəhərlənir. / azxeber.com

Sosial       Tarix: 04 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler sou biznes xabar az cəbhədən görüntülər