Azərbaycanda ilk dəfə "Süni intellekt əsrində tibb hüququ" adlı Beynəlxalq Tibb Hüququ Konfransı keçirildi

Azərbaycanda ilk dəfə İNJURİA hüquq jurnalı və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 1-2 iyun 2022-ci il tarixlərində Akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, "A group" sığorta şirkətinin və "Cafecity" restoranlar şəbəkəsinin əməkdaşlığı ilə təşkil olunan "Süni intellekt əsrində tibb hüququ"" adlı beynəlxalq tibb hüququ konfransı keçirilib.
azxeber.com xəbər verir ki, konfransda Türkiyədən gələn beynəlxalq mediator Deniz Kite, Azərbaycan, Türkiyə və Pakistan Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva, Türkiyəli vəkil Necip Şenel, Buse Koç kimi hüquqşünaslar və qonaqlarla birlikdə 140 nəfərdən çox iştirakçı və 25 nəfərdən çox spikerin iştirakı ilə "Holiday İnn Baku" Otelində təşkil edildi. 
Tədbirin açılışında millət vəkilləri, deputatlar, eyni zamanda İNJURİA Hüquq jurnalının baş redaktoru Kəmalə Məmmədova və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə Tibb Hüququnun ölkəmizdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış, bu kimi tədbirlərin keçirilməsinin zəruri olduğu qeyd olunmuşdur. Həmçinin tədbirin açılışında akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə danışdı. İnstitutun fəaliyyyəti haqqında danışan t.ü.f.d T. Cavadova qeyd edib ki, tibb müəssisəsində pasiyentlərin sağlamlığının qorunması və tibb heyətinin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənir, eyni zamanda institutda hüquqşunasın fəaliyyət göstərməsi bunu bir daha sübut edir. Vurğulanıb ki rəhbərlik bu sahənin inkişafına böyük önəm verir.
Spikerlər 7 sessiyada tibb hüququnun yaranması, onun inkişaf etdirilməsi yönündə addımlar atmağın vacibliyini əsas tutaraq aşağıdakı məsələlərə aydınlıq gətirdilər:
1. Süni İntellekt Əsrində Tibb Hüququ - Süni İntellekt Səhiyyədə-İnsan Hüquqları kontekstində;
2. Həkim səhvləri - Hüquqi nəticələr - Müdafiə metodları;
3. Səhiyyə sferasında tibbi fəaliyyətin keyfiyyət və təhlükəsizliyinin ekspert və hüquqi qiymətləndirilməsi;
4. Həkim səhvlərinin həllində Mediasiya;
5. Tibb hüququ: Düzgün tibbi müdaxilə. Hüquqi fakt kimi malpraktis və komplikasion;
6. Tibbi qeydlərin aparılması öhdəliyi: Təhlükəsizlik, məxfilik və tibbi səhvlər baxımından qiymətləndirmə;
7. Həkim xətaları və cinayətləri, həll problemləri: Səhiyyə sferasında həkim səhvləri, Pandemiya Kontekstində həkim sirri, Ev şəraitində şiddətin psixoloji təsirləri və fəsadları, Həkimlərin robotik əməliyyatlarda məsuliyyəti;
8. Məhkəmə Tibbi Ekspertiza Praktikası, müasir məhkəmə təcrübəsinin kəskin sualları;
9. Tibbi Təşkilat daxilində daxili təhlükəsizlik sistemi: Tibb Hüququ: yaranması, problemləri, inkişaf perspektivləri;
10. Orqanların bağışlanması və bu məsələnin qanuni tənzimlənməsi. Orqan donorluğu və transplantasiyası sahəsində donor və resipiyentin hüquqları; 
11. Estetik Tibb Sferasında mülki-hüquqi tənzimləmə, Dermo-kosmetologiyada kompresion - işemik sindromun ağırlaşmaları, həkim və pasiyent münasibətləri, Pasiyent təhlükəsizliyi və hüquqları;
12. Surroqat Analıq; AR-nın Ailə Məcəlləsində surroqat ananın yeri, Beynəlxalq hüquqda Surroqat Analıq.
13. İnsanların və vətəndaşların qanuni maraqlarının qorunması və qanunların reallaşdırılması kontekstində tibb hüququ; 
14. Həkimlərin öhdəlikləri, məlumatlandırılmış razılıq, pasiyent hüquqları, İnsanların və vətəndaşların qanuni maraqlarının qorunması və qanunların reallaşdırılması kontekstində tibb hüququ, Tibbi xidmətlərdən istifadə zamanı istehlakçı hüquqları, Ağıllı Tibb Mərkəzlərinin qurulması və məlumat təhlükəsizlik mexanizmi, İnsan hüquqları kontekstində tibb hüququ və bioetika
15. Tibb və cəmiyyət, həkim və jurnalist: həkimlərin, pasientlərin və KİV-in qarşılıqlı sosial əlaqələri, Media və Səhiyyə əlaqələri;
16. Tibbi yardım zamanı dərman ləvazimatlarının təmin edilməsində hüquqi və iqtisadi problemlər;
Konfransın yekun hissəsində tibb hüququnun inkişafı və bunun üçün yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə bu mexanizmlərin aktivləşdirilməsi, həkim və pasiyentlər arasında yaranan bağın daha da möhkəmləndirilməsi və qarşılıqlı hörmət prinsipinin vacibliyi bir daha vurğulandı. İnsanların tibb hüququ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarlara və qeyd olunan məqamlara əməl etməli olduğu xatırladıldı.
Azərbaycanda ilk dəfə

Sosial       Tarix: 04 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber bugünkü son xəbərlər ən son xəbərlər son xeberler az