Azərbaycanda illik inflyasiya AÇIQLANDI
2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101 %, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 % olub.
2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,7 %, əvvəlki ilin dekabr ayına nisbətən isə 119 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım manna yarması, düyü, makaron məmulatlar, peçenye, toyuq əti, təzə və dondurulmuş balıq, süd, pendir, kəsmik, yumurta, qarğıdalı yağı, banan, alman, armud, nar, qoz, fındıq, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, yerkökü, çuğundur, şəkər, konfet, çay, limonad, meyvə şirəsi və pivənin, azalma isə əsasən portağal, naringi, limon, xurma, kivi və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5 %, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 % olub. Ay ərzində ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım mebel, xalça, paltaryuyan maşın, televizor, minik avtomobili üçün ehtiyat hissəsi, sintetik yuyuсu vasitə, sabun, və şampunların, azalma isə əsasən kəsilmiş taxta, kondisioner və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4 %, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqları, paltar, ayaqqabı və minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var