Azərbaycanda inanılmaz hadisə - Yolda yanan TIR-ı oğurlayıb satdılar
Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qəzaya uğrayaraq yanan "Scania" markalı TIR-ın oğurlandığı məlum olub.
KONKRET.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Gürcüstana məxsus olan TIR qəzaya uğradıqdan bir qədər sonra naməlum şəkildə yoxa çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini olan 1978-ci il təvəllüdlü Vüqar Məmmədov yol kənarında yanmış halda qalmış TIR-ı oğurlayaraq aparıb. O, daha sonra Gəncədə "Musayevin qarajı" adlanan ərazidə işləyən Sadiq adlı tanışına həmin TIR-ı metal qırıntısı kimi 3 min manata satıb.
Bir müddət sonra gürcüstanlı sürücü və çalışdığı şirkət TIR-ın ardınca Azərbaycana gəlib və nəqliyyat vasitəsinin qalıqlarını qoyduqları yerdə tapa bilməyib. Onlar konsulluq vasitəsilə polisə şikayət ediblər.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə cinayət işi açılıb. Vüqar Məmmədov polis tərəfindən saxlanılıb.
Şəmkir rayon Məhkəməsinin 14.05.2024-cü il tarixli hökmü ilə Vüqara 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu