Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib?
Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb.
azxeber.com bildirir ki, 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraların görüntüləri onlara övladlarını tapmaqda kömək edə bilər. Rasimin atası kamera görüntülərinin olduğu yaddaş kartının kameraya məsul olan şəxs Türkiyə vətəndaşı Hüseyn Qoca tərəfindən dəyişdirildiyini iddia edir.
Vasif Xankişiyev bildirib ki, Hüseyn Qocanın Gürcüstanda olduğu ehtimal olunur. Rasimin atası deyir ki, uşağın suda batması ehtimalı sıfıra bərabərdir. Onun boyu 142 santimetr olub. Suyun səviyyəsi isə 60 santimetr.
Hüquq müdafiəçisi Samir Zeynalovun sözlərinə görə, Rasim Xankişiyevin itkin düşməsi ilə bağlı ən vacib ipucu məhz kamera görüntüləri olub.
Həmin görüntülərin yoxa çıxması bütün şübhələri Hüseyn Qocaya yönəldir.
S.Zeynalov bildirib ki, şübhələri Hüseyn Qocaya yönəldən məqamlardan biri də onun sözügedən görüntüləri kiməsə vermək səlahiyyəti olmadığı halda bu işi tutmasıdır.
Samir Zeynalovun sözlərinə görə, Hüseyn Qocanın axtarışları üçün artıq mühüm addımlar atılıb.
Qeyd edək ki, İmişli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayətə iş başlanılıb. İstintaq aparılsa da, dekabrın 27-də Hüseyn Qocaya zəng edən şəxsin kimliyi istintaq tərəfindən bu günə kimi müəyyənləşdirilməyib.
Daha ətraflı APA TV-nin süjetində:

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu