Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdiAzərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.
azxeber.com bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Məlumata görə, bundan sonra satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.
Bundan başqa, müraciət anına Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.
Ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə əsasən, yalnız "müsbət" və "qənaətbəxş" kredit tarixçəsi olan şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər .
Qaydalara edilmiş dəyişikliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunan satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.

İqtisadiyyat       Tarix: 21 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiya artımları ilə bağlı - AÇIQLAMA

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı

"City Garden Narimanov" yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa oluna

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Azərbaycanda ən yüksək maaşı kimlər alır?

Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb. -a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir. Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib. Maliyyə-sığort

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yen

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri apa.az xeberler cəbhədən canlı xeberler azerbaycan