Azərbaycanda koronavirusla bağlı zərər çəkən 5752 sahibkara maliyyə dəstəyi göstərilib

Azərbaycanda koronavirusla bağlı zərər çəkən 5752 sahibkara maliyyə dəstəyi göstərilibKoronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Milli.Az xəbər verir ki, Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, aprelin 13-də nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 1983 vergiödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2560 fərdi (mikro) sahibkara isə 2 milyon 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.
Bundan əvvəl, aprelin 9-da Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5752 vergiödəyicisinə ümumilikdə 8 milyon 939 min manat maliyyə dəstəyinin göstərilməsi təmin olunub.
Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər novruz bayramı metbuat sosial yardim