Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir - AÇIQLAMA

Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir - AÇIQLAMAAzərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi və minimum əməkhaqqının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bildirilir ki, məqsəd əməkhaqqı sisteminin daha çevik və beynəlxalq standartlara uyğun formalaşdırılmasıdır. Bəs minimum saatlıq əməkhaqqının tətbiqi əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkədə minimum əmək haqqının saatlıq əsasda hesablanmasına keçid cari dövrdə bazar iqtisadiyyatı şəraitinin tələblərinə uyğun addım kimi qiymətləndirilir:
"Əvvəllər bu sistem daha çox aylıq və tam ştatda çalışan işçilər üçün nəzərdə tutulurdu və klassik əmək münasibətləri çərçivəsində tətbiq edilirdi. Lakin müasir əmək bazarında vəziyyət daha fərqlidir. "Freelancer"lər, yarımştat işləyənlər, həmçinin həftəlik və aylıq iş saatları dəyişkən olan əmək münasibətləri geniş yayılıb. Bu da əmək münasibətlərinin daha çevik və rəngarəng xarakter almasına səbəb olub. Bu şəraitdə yalnız aylıq minimum əmək haqqı sistemi bütün sahələrdə effektiv nəzarət mexanizmi yaratmır və bəzi hallarda suallar və anlaşılmazlıqlar doğurur. Saatlıq minimum əmək haqqı isə işçinin real işlədiyi vaxtın daha dəqiq uçotunu aparmağa, eyni zamanda əmək hüquqlarının daha çevik və ədalətli qorunmasına imkan yaradır. Əslində, minimum əmək haqqı dövlət tərəfindən müəyyən edilən sosial standartdır və işəgötürənlər üçün məcburi hüquqi çərçivə formalaşdırır. Qanunvericiliyə əsasən, heç bir müəssisə işçiyə bu məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Bu norma həm Əmək Müfəttişliyi, həm də vergi orqanları tərəfindən nəzarət olunur".
O deyib ki, saatlıq minimum əmək haqqına keçid nəzarət mexanizmlərini daha şəffaf edir:
"Müxtəlif iş qrafikləri ilə çalışan şəxslərin hüquqlarının daha düzgün qorunmasına şərait yaradır. Xüsusilə tam iş günü işləməyən şəxslər üçün bu yanaşma daha ədalətli hesab olunur. Eyni zamanda bu dəyişiklik mövcud əmək haqlarının avtomatik artması və ya minimum əmək haqqının yüksəlməsi demək deyil. Bu, daha çox hesablamaların və nəzarət sisteminin yeni reallığa uyğunlaşdırılmasıdır. 2025-ci ildən etibarən minimum əmək haqqının artırılaraq 340 manatdan 400 manata çatdırılması da bu sistemin tətbiqi üçün əsas baza kimi çıxış edir. Yeni yanaşma əmək münasibətlərində həm işçi hüquqlarının qorunmasına, həm də dövlət nəzarətinin daha səmərəli təşkilinə xidmət edir".
Qısası, Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid qeyri-tam iş günündə və fərqli qrafiklərlə çalışan insanların əməyinin daha ədalətli qiymətləndirilməsinə və qeydiyyatın düzgün aparılmasına kömək edəcək.

Sosial       Tarix: 20 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026