Azərbaycanda minimum maaş bu qədər olacaq

Azərbaycanda minimum maaş bu qədər olacaqXəbər verildiyi kimi, mayın 12-də Azərbaycanda hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik saziş imzalanıb.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2026-2028-ci illar üzrə, yəni 3 illik müddətə Baş Kollektiv Saziş imzalanıb. azxeber.com Fed.az-a istinadən xəbər verir ki,  sözügedən saziş ənənəvidir, adı çəkilən qurumlar belə sazişləri hər 3 ildən bir imzalayır və bu daha çox simvolik sənəd olmaqla daha çox tərəflərin niyyətlərini göstərir. Təsadüfi deyil ki, bundan əvvəlki baş sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib.
Sadəcə son illər iqtisadi canlanmanın aktivlənməsi, dövlətin qeyri-neft sektorunu inkişaf etdirməsi və biznesə dəstək üzrə addımları indiki sənədə daha ciddi yanaşılacağı ilə bağlı ümidlər yaradır.
Biznes və maliyyə xəbərləri portalı bunu nəzərə alaraq sənəddəki bəzi maraqlı məqamları oxucular, xüsusilə də kiçik və orta biznes nümaynədələri üçün ayraca izah edilir.
Hələliksə, Baş Kollektiv Sazişdə qeyd edilən tədbirlərdən biri barədə daha geniş məlumatı təqdim edirik. Sənəddə əmək haqqının artımı, daha dəqiqi əmək haqqının hesablanması ilə bağlı yeni mexanizmlərin yaradılması nəzərdə tutulur. Belə ki, «Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi» adlanan hisəsində göstərilir ki, tərəflər minimum saatlıq əmək haqqı tətbiq edilməsinə nail olmaq niyyətindədirlər. Eləcə də, eləcə də minimum əmək haqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əmək haqqının ölkə üzrə orta əmək haqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək nəzərdə tutulur.
Başqa sözlə, sənədə əsasən minimum əmək haqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün səylər göstəriləcək.
Bəs Avropa Sosiao Xartiyasında minimum əmək haqqı ilə bağlı hansı tələb var? Avropa Sosial Xartiyası işçilərin ədalətli əməkhaqqı hüququnu təmin etmək üçün konkret iqtisadi meyarlar müəyyən edir. Bu sənəd Avropa Şurası tərəfindən qəbul edilib və dövlətlərin üzərinə sosial öhdəliklər qoyur. Xartiyanın "Ədalətli mükafatlandırma hüququ" hissəsində göstərilir ki, əsas tələb 60% qaydasıdır. Yəni tələbə əsasən ölkədə minimum əsək haqqı orta aylıq əmək haqqının 60%-nə çatdırılmalıdır. Başqa sözlə, hər il orta əmək haqqıartdıqca, minimum əmək haqqı da artmalı və bu paritet qorunmalıdır. Özü də burada söhbət netto məbləğdən, yəni əmək haqqının xalis məbləğindən gedir.
Doğrudur, Xartiyaya əsasən, bəzi hallarda, yəni sosial müavinətlərin güclü olduğu, verginin isə aşağı olduğu ölkələrdə bu nisbət 50% ola bilər, amma bundan az olmamalıdır.
Bu qaydanın tətbiqi Azərbaycan üçün nə deməkdir?
Məlum olduğu kimi, hazırda Azərbaycanda minimum əsək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1151 manat (aprel 2026-ya olan vəziyyət) təşkil edir. Əgər orta aylıq əmək haqqının bu səviyyəsinə Avropa Sosial Xartiyası tətbiq edilsə, ölkədə minimum əmək haqqı 1151 manatın 60%-i həcmində, yəni 691 manat olmalıdır. Bu indiki səviyyədən 291 manat və ya 73% artıqdır.
Dövlət qurumlarının və sahəvi rəsmi şəxslərin tez-tez səsləndirdiyi rəqəmə istinad etsək, hazırda ölkədə minimum əmsək haqqının artımı birbaşa olaraq 700 min nəfərə şamil edilə bilər. Bundan başqa, xüsusilə bölgələrdə işləyənlərin böyük hissəsi minimum əmək haqqına yaxın məbləğdə maaş alır.
Bu mənada minimum əmək haqqını artması milyona yaxın dövlət və özəl sektorda çalışan insanın maaşının artmasına səbəb ola bilər. Təqribi hesablamalara baxsaq, bu aylıq maaş fondunun 200 milyon manat, illik isə təqribən 2,5 milyard manat böyüməsi deməkdir. Bu indikindən azı 10% artıqdır, və həmin səviyyəyə çatmaq böyük vəsait tələb edir.
Məhz buna görə də, Baş Kollektiv sazişdə minimum əmək haqqının Avropa xartiyasının tələblərinə "uyğunlaşdırılması" deyil, daha ehtiyatlı ifadə - «buna səylərin göstəriləcəyi» barədə öhdəlik götürülür. Sazişi imzalayan 3 dəfərdən 2-si – hökumət və biznes burada öhdəliyi maliyyələşdirən tərəflərdir və maşların artırılması məhz onların xərcinin artırılması deməkdir. Hazırda iqtisadi vəziyyəti, xüsusilə də dünyada neftin qiymətinin azalmasını (İran münaqişəsinin fonunda neftin 100 dolların üzərində olması müvəqqətidir – FED.az), eləcə də ölkədə neft hasilatının tədricə nazalmasını, büdcə üçün fərqli sahələrdən davamlı gəlir mənbələrinin hələ tam formalaşmamasını nəzərə alsaq, hələlik hökumətin minimum əmək haqqı ilə bağlı ciddi planlar quracağı inandırıcı deyil. Təsadüfi deyil ki, son illər ərzində ilk dəfə olaraq 2026-cı ilin əvvəlində minimum əmək haqqının artması baş vermədi və bu təəccüblü olmadı.
Ona görə də Baş Kolelktiv Sazişdə nəzərdə tutulmasına baxmayaraq həmin addımın yaxın vaxtlarda reallaşması sual altındadır. Yeri gəlmişkən, Avropanın özündə də heç də bütün ölkələr 60% qaydasına əməkl eləmirlər. Məsələn, bəzi ölkələr, o cümlədən Fransa və Portuqaliya bu standartı qorumağa çalışsa da, Şərqi Avropa və MDB ölkələrində bu nisbət adətən 35-45% civarında dəyişir – Azərbaycanda da hazırda bu rəqəm 35%-dir. Sazişdəki «mərhələli artım» ifadəsi isə o deməkdir ki, dövlət 60%-lik hədəfə birdən-birə deyil, bir neçə il ərzində bu çatmağı öhdəsinə götürür.
Yeri gəlmişkən, Avropa Sosial Xartiyasının əmək haqqı ilə bağlı tələbləri bununla bitmir. Məsələn, Xartiya tələb edir ki, minimum əməkhaqqı sadəcə insanın bioloji mövcudluğu (yemək və sığınacaq) deyil, onun cəmiyyətə inteqrasiyasını, mədəni ehtiyaclarını və ailə üzvlərinin saxlanmasını təmin edəcək səviyyədə olmalıdır. Digər tələb budur ki, minimum əməkhaqqı daim yenilənməlidir, yəni inflyasiya və yaşayış minimumu ilə uzlaşdırılmalı, mütəmadi olaraq (adətən ildə bir dəfə) indeksləşdirilməlidir ki, həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşməsin.

Sosial       Tarix: 17 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alıcılar artıq bu avtomobilləri seçir - Səbəb

Son illərdə elektrikli nəqliyyat vasitələrinə qlobal marağın artması avtomobil sənayesində yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Ekoloji təmizlik, yanacaq qənaəti və müxtəlif dövlət təşviqləri istehlakçıların diqqətin

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-c

Sabah 39 yaşayış məntəqəsində işıq olmayacaq

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. xəbər verir ki, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir. Bununla əlaqədar saat 11:00-dan 13:00-də

Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?

Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir. Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?. Mövzu ilə bağlı -a danışan iqtisadçı-eksper

Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib. Belə ki, ABŞ bu andan etibarən "Hörmüz boğazının mühafizəçisi" kimi tanınacağını qeyd edərə

Qızılın qiyməti ucuzlaşdı

Əmtəə birjalarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. -ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərini

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır

İyulun 16-na rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 16-na olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, AMB-nin məlumatına əsasən, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az axsam az xeberler en son xeberler cəbhədən son görüntülər