Azərbaycanda nişanlı qız faciəvi şəkildə öldü

Azərbaycanda nişanlı qız faciəvi şəkildə öldüGöyçay rayonunda zəhərlənən məktəbli ölüb.
Azxeber.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa dolması nəticəsində zəhərləndiyi ehtimal olunur. Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Atası Habil İsmayılov evə qayıdarkən qızın halının pis olduğunu görüb, onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Vəziyyəti ağırlaşan Aysun İsmayılova müalicə üçün təcili olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aysun İsmayılova dünyasını dəyişib.
Qeyd edək ki, Məlikkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan Aysun İsmayılova əmisi oğlu ilə nişanlı olub. Aysunun evdə maye qazdan və ya hansısa başqa səbəbdən zəhərlənməsi barədə hələ ki, dəqiq məlumat yoxdur. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə aparılıb, nümunələr götürülüb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sosial       Tarix: 18 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler iqtisadiyyat xeberleri bugun butun xeberler son xəbərlər azərbaycanda