Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMA

Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? - AÇIQLAMAMilli Məclisin komitə və plenar iclaslarında mütəmadi olaraq, pensiya sistemi daxil olmaqla, sosial sfera ilə bağlı təkliflərimizi təqdim edirik. O təkliflərin bir qismi artıq qanunvericilikdə, beynəlxalq qaydalarda öz əksini tapıb, o cümlədən, işsizlikdən sığorta ilə bağlı qaydaların dəyişdirilməsi və ünvanlı sosial yardım kimi aktiv proqramlarla bağlı bizim əvvəlki dövrlərdə təqdim etdiyimiz təkliflərin bir qismi artıq qanunvericilikdə yer alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalq praktikaya əsaslanır.
"Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkənin modelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəri təqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeyd etdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğun hesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.
Bunun maliyyə qiymətləndirməsinin aparılması, daha sonra qurumlar tərəfindən qərarların verilməsi mümkündür. Amma biz millət vəkili olaraq təkliflərimizi təqdim edirik və təkliflərin qiymətləndirməsi hökumət tərəfindən aparılır. Çünki onun maliyyə yükünün bütün sektorlara təsirlərinin qiymətləndirməsi həyata keçirilir.
Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdə təkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiya kapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilən üstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunması məqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesab edirik", – deyə o bildirib.

Sosial       Tarix: 28 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 40 manat cərimələnəcək

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır. Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanlar

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü

Əməkdar müəllim vəfat etdi

Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdə

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər. 2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdl

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb. xəbər veri

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az xeberler azerbaycan sonxeber az cəbhədən canlı