Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi
Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəlif suallar doğurur. Belə bir yanaşma sosial ədalət prinsipinə uyğundurmu, yoxsa bərabərlik hüququnun pozulmasına səbəb ola bilər? Görəsən, qanunvericilik pensiya artımının yalnız maddi ehtiyacı olan qadınlara tətbiqinə imkan verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya artımının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi hüquqi baxımdan əsaslandırılmış meyarlara söykəndiyi halda mümkündür.
Onun sözlərinə görə, dövlət sosial müdafiə tədbirlərini ehtiyac meyarı əsasında müəyyən etmək səlahiyyətinə malikdir və bu zaman yardımın yalnız maddi vəziyyəti zəif olan şəxslərə yönəldilməsi sosial ədalət prinsipinə uyğun hesab oluna bilər.
"Belə bir yanaşmanın tətbiqi üçün qanunvericilikdə bunun aydın şəkildə nəzərdə tutulması, maddi ehtiyacın müəyyən edilməsində obyektiv və şəffaf meyarların müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda, bu tənzimləmə əsassız ayrı-seçkiliyə yol açmamalıdır. Yalnız bu şərtlər təmin edildiyi halda pensiya artımının maddi ehtiyacı olan qadınlarla məhdudlaşdırılması hüquqi baxımdan mümkün sayıla bilər", – deyə ekspert vurğulayıb.
Akif Nəsirli əlavə edib ki, sosial dəstək mexanizmlərinin ünvanlı şəkildə tətbiqi dövlət vəsaitinin daha səmərəli istifadəsinə xidmət etsə də, bunun hüquqi prinsiplərə və bərabərlik tələblərinə uyğun həyata keçirilməsi əsas şərtdir.
Aynurə İsmayıl
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA