Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
Azərbaycanda pensiyaçıların sayı son 10 ildə 192 mindən çox azalıb, orta pensiya isə təxminən 3 dəfə artıb.
azxeber.com Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2015-ci ildə ölkədə ümumilikdə 1 milyon 290 min 882 pensiyaçı qeydə alınıb. Onlardan 517 min 970-i kişi, 772 min 912-si isə qadın olub.
2025-ci ildə isə pensiya alanların sayı 1 milyon 98 min 348 nəfərə enib. Bu göstəricinin 459 min 500 nəfərini kişilər, 638 min 848 nəfərini isə qadınlar təşkil edib.
Beləliklə, son 10 ildə ölkədə pensiyaçıların sayı 192 min 534 nəfər və ya təxminən 15 faiz azalıb. Həm kişi, həm də qadın pensiyaçıların sayında azalma müşahidə edilib. Bununla yanaşı, qadınlar pensiyaçılar arasında üstünlük təşkil etməyə davam edirlər.
Statistik göstəricilər pensiya məbləğlərində isə fərqli mənzərə ortaya qoyur. Belə ki, 2015-ci ildə təyin olunmuş aylıq pensiyanın orta məbləği 173,4 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 496,6 manata yüksəlib.
Bu isə o deməkdir ki, son 10 ildə orta aylıq pensiya 323,2 manat artaraq təxminən 2,9 dəfə yüksəlib.
Fəridə Əsədzadə

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti