Azərbaycanda pensiyası artan vətəndaşlar əlavə 200 manat yardım ala biləcək
Azərbaycanda pensiya alan vətəndaşlara bu il 200 manat yardımın ödənilib-ödənilməyəcəyi geniş müzakirələrə səbəb olub.
azxeber.com xəbər verir ki, Azərbaycanda pensiyaçılara 200 manat yardım 2022-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə ödənilib.
Daha sonra həmin yardım pensiya məbləğinə əlavə olunub və indeksləşdirmə zamanı nəzərə alınıb.
Bəs cari ildə də pensiyaçılar həmin yardımı ala biləcəkmi?
Məsələ münasibət bildirən millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, pensiyaçılara əlavə pensiya yardımın ödənilməsi ilə bağlı təklif Milli Məclisdə səsləndirilib:
"Bu istiqamətdə addımlar həm fiskal gəlirlərimizdən, həm də sözsüz indeksləşdirmə nəticəsində pensiyalardakı artım, media artım, eyni zamanda orta pensiya məbləğinin necə dəyişməsi ilə o cümlədən, istehlak bazarındakı qiymətlərlə bağlı prosesdir.
Nəzərə almaq lazımdır ki, pensiyaçıların sosial təminatının gücləndirilməsi hər zaman prioritetdir və Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə bu istiqamətə yönəldilən vəsaitlərin həcmində artımlar var. Bu, həm pensiya indeksləşdirilməsi, həm də minimum pensiyadakı artımlarla bağlıdır. Bu da nəticə etibarilə dövlət büdcəsinin bu istiqamətə daha çox vəsaitin ayrılmasını labüd edir. 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətdə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Cari ildə də pensiyaçılar və büdcədən vəsait alan vətəndaşların sosial təminatının gücləndirilməsi prioritet olaraq qalacaq.
Konkret olaraq yardımların verilib-verilməməsi və ya bu istiqamətdə hansı addımların atılması ilə bağlı suallara cavab olaraq deyə bilərəm ki, ilkin olaraq pensiya indeksləşdirilməsi həyata keçiriləcək. Minimum pensiya 14,3 faiz artıb. Əmək pensiyasının indeksləşdirilməsinin təxminən 8 faiz olacağı gözlənilir. Daha sonra fiskal gəlirlərə uyğun olaraq sosial təminatın daha da gücləndirilməsi istiqamətində addımlar atılacaq".

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu