Azərbaycanda peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək - FOTOLAR

Azərbaycanda peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək - FOTOLARDünyaca məşhur azərbaycanlı idmançı, Kikboksun WBC Muay-thai üzrə dünya çempionu Zabit Səmədovun rəhbəri olduğu "Zabit Samedov Fight Club" MMC tərəfindən Azərbaycanda ilk dəfə "New Generation Fighting" (Yeni Nəsil Doyüşü) peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək.
KONKRET.az xəbər verir ki, tədbirin təntənəli açılış mərasimi dekabr ayının 24-də Bakı Boks Arenasında baş tutacaq. Tədbirdən öncə döyüşlərdə iştirak edəcək idmançıların və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirən Zabit Səmədov peşəkar MMA və kikboksinq gecəsinin əhəmiyyətindən danışıb. Yarışların məqsədi haqda həm idmançıları, həm də media nümayəndələrini məlumatlandırıb.
MMA mütəxəssisi və menecer Şiraslan Kərimov KONKRET.az-a açıqlamasında Bakı Boks Fedarasiyasında keçiriləcək peşəkar MMA və kikboksing döyüşünün perspektivlərindən söz açıb. O, Azərbaycanda hal-hazırda peşəkar döyüş industriyasının çox aşağı səviyyədə olmasından təəssüfləndiyini deyib: "MDB ölkələri ilə müqayisədə ölkədə peşəkar promouşn yoxdur. Hazırda MMA mütəxəssisi və menecer kimi, idmançılarımızın döyüşməsi üçün məkana ehtiyac olduğunu görürəm. Çünki məkanın olmaması idmançılarımız üçün böyük problemlər yaradır. Yəni döyüşçülərimiz xaricə getməli və orada döyüşməli olurlar. Amma biz bilirik ki, xarici promouşn öz döyüşçülərinə üstünlük verir. Bu səbəbdən də, əksər hallarda azərbaycanlı döyüşçülər məğlub olur. Belə olan halda döyüşün statistikası pozulur. Ona görə də, biz Azərbaycanda yeni nəsil döyüşçüləin öz ölkəmizdə döyüşməsini təmin etmək istəyirik. Bundan sonra seçim etməyi və fərqlənən döyüşçüləri xaricə aparmağı planlaşdırırıq".
Peşəkar MMA və kikboksinq gecəsində döyüşəcək idmançıların siyahısının təqdim edirik:
Şair Sultanov vs. Vahid Ələkbərov (MMA)
Məhəbbət Hümbətov vs. Taleh Əliyev (Kikboksinq)
Edvin Abbasov vs. Elxan Həsənov (MMA)
Fərhad Mahmudov vs. Fərid Mirzabekov (MMA)
Fuad Haşımi vs. Murad Quliyev (MMA)
Tural Üseynov vs. Kamil Əzizov (MMA)
Cabbar Mustafayev vs. Osman Bədal (Kikboksinq)
Elşən Yusubov vs. İlham İsrafilov (MMA)
Turan Əhmədov vs. Mürvət Rüstəmov (MMA)
Ruslan Nağıyev vs. Mavlon Kakxorov (Kikboksinq)
Müşviq Tofiqoğlu,
KONKRET.az

İdman       Tarix: 23 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər son xəbərlər hava durumu cebheden xeber