"Azərbaycanda rayondan gələnlərin şəhərə uyğunlaşma problemi yoxdur" - Deputat

"Urbanizasiya problemi bütün ölkələrdə var. Fərqi yoxdur, inkişaf etmiş, orta inkişafda olan və ya başqa ölkələrdə. Bu problem var. Bunun kökü daha çox insanın mərkəzi şəhərlərdə rahat iş tapması və komfort yaşamasıdır, daha çox bununla bağlıdır". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələyə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Azərbaycanda rayondan gələnlərin şəhərə uyğunlaşma problem yoxdur:
"Amma Azərbaycanda mən deməzdim ki, rayondan gələnlər şəhər şəraitinə uyğunlaşa bilmir, belə bir fikir düşünmürəm. Təbii ki, fərq var. Rayonda gedən həyatın öz sürəti, şəhərdə gedən həyatın öz sürəti var. Bir çox şeylərdə fərq var. Amma belə böyük ziddiyyət görmürəm. Sadəcə olaraq, mən qeyd etmək istəyirəm ki, son 20 ildə rayonlarda kifayət qədər şərait yaradılıb. İnfrastruktur məsələləri ilə əlaqədar, məktəblər, kifayət qədər ali məktəblərin açılması və s. Bu yaxınlarda Lənkərandakı universitetin biz 30 illiyini qeyd etdik, özüm də iştirak etdim. O universitetdə tələbələrin sayı 6 minə çatıb. Bu da onu göstərir ki, regionlarda yaşayan insanların orada ali savad almaq fikri var". 
Deputat qeyd edib ki, bu məsələdə ən böyük problem işlə əlaqədardır:
"Burada daha böyük problem işlə əlaqədardır. Regionlara nisbətən mərkəzi şəhərlərdə həyat tərzi daha yüksəkdir, bu baxımdan maaşlar da, qazanclar da regionlara nisbətən yüksəkdir. Məsələ buradan qaynaqlana bilər. Bu gün regionda işləyən adi fəhlə ilə mərkəzi şəhərlərdə işləyən fəhlə arasında maaş fərqi var. Bunun da köklərini dedim, həyat tərzindən, alıcılıq qabiliyyətindən asılıdır. Böyük şəhərlərdə əhalinin alıcılıq qabiliyyəti daha çoxdur".
"Amma mən həmişə bunu deyirəm, regionlarda şərait var, sahibkarlıq fəaliyyəti üçün kifayət qədər imkanlar var. Bizim kənd təsərrüfatının regionlarda sürətini daha da artıra bilsək, mənə elə gəlir ki, emal edən fabrik-zavodlar da köçəcək. Onlar da orada fəaliyyət göstərcəklər. Bu da tənzimləmə prosesinə kömək edəcək. Amma bu ziddiyyət bütün dünyada var, bizdə də bunu həlli üçün kifayət qədər addımlar atılır", - deyə deputat əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 16 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri xeberler son xeberler 2026 hava haqqinda