Azərbaycanda Suriya səfirliyi varmı? - İrəvan və Tbilisidə yeni bayraq qaldırıldı
Dünyanın bir çox ölkələrində yerləşən Suriya səfirliklərində rəsmi dövlət bayrağı dəyişdirilir. Bəşər Əsəd dövründə istifadə olunan ənənəvi qırmızı, ağ və qara zolaqlı (2 ulduzlu) bayrağın yerinə müxaliflərin istifadə etdiyi yaşıl, ağ və qara rəngli (3 ulduzlu) bayraqdan istifadə edilməyə başlanıb.
Xatırladaq ki, ötən əsrin 60-cı illərinə qədər üçulduzlu bayraq rəsmi dövlət atributu olub.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında diplomatik əlaqələr 28 mart 1992-ci ildə yaradılıb.
997-ci il aprelin 11-də Heydər Əliyev ölkələr arasında ikitərəfli əlaqələri möhkəmləndirmək üçün Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalayıb. 2008-ci il mayın 16-dan etibarən Suriyada Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
İlk səfir Mahir Əliyev idi.
Bununla belə, hansısa siyasi səbəblərə görə Suriya Azərbaycanda səfirlik açmayaıb. Ermənistanda isə diplomatik nümayəndəlik yaradılıb. Hətta Gürcüstanda da.
2009-cu il iyulun 8-də Suriya prezidenti Bəşər Əsəd Azərbaycana rəsmi səfərə gəlib. Səfər dövründə Bəşər Əsəd Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Əvvəllər iki ölkə arasında parlamentlərarası işçi qrupu fəaliyyət göstərib. Lakin sözügedən qrup artıq fəaliyyətini dayandırıb./yenisabah

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu