Azərbaycanda tətil günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – AÇIQLAMA

Azərbaycanda tətil günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – AÇIQLAMASon illərdə ölkədə bayram günlərinin çox olması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. İctimaiyyət arasında bu vəziyyətin iqtisadi proseslərə, işgüzar fəallığa və ümumi məhsuldarlığa necə təsir etdiyi barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər bayram günlərinin çox olmasının iş prosesində fasilələr yarada biləcəyini qeyd etsələr də, digər yanaşmalara görə, bu dövrlər iqtisadiyyatın müəyyən sahələrində, xüsusilə xidmət və turizm sektorunda əlavə aktivlik və dövriyyə artımı ilə müşahidə olunur.
İqtisadçı Xalid Kərimli azxeber.com-a bildirib ki:
Azərbaycanda tətil günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – AÇIQLAMA"Son zamanlar elə bir təsəvvür yaranır ki, ölkədə bayram günlərinin sayı artıb. Lakin əslində son 10 ildə vəziyyət ciddi şəkildə dəyişməyib. Sadəcə, 2020-ci ildə Qələbə Günü əlavə olunub. Yəni 8 Noyabr – Vətən müharibəsində qələbənin və işğaldan azad olunmuş ərazilərin qeyd olunması ilə bağlı yeni bayram təsis edilib. Bayram günlərinin iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki bu günlər əvvəlcədən planlaşdırılır, sahibkarlar və işəgötürənlər də bunu nəzərə alaraq fəaliyyətlərini tənzimləyə bilirlər".
Ekspert bildirib ki, hazırkı dövrdə dünyada iş saatlarının azaldılması istiqamətində düşünülür:
"Hazırkı dövrdə dünyada iş saatlarının azaldılması istiqamətində düşünülür. Süni intellektin, avtomatlaşdırmanın və robot texnologiyalarının inkişafı nəticəsində insanların daha çox rutin işlərdən azad olunması hədəflənir. Məhsuldarlıq artıq insanların daha çox işlədilməsi hesabına deyil, texnologiyaların tətbiqi ilə artırılmalıdır".
O vurğulayıb ki, bayram günlərinin iqtisadi təsiri daha çox regionlarda hiss olunur:
"Xüsusilə daxili turizm, hotelçilik, restoran və əyləncə sektoru bu dövrlərdə aktivlik qazanır. İnsanlar bölgələrə, kəndlərə və turizm mərkəzlərinə səfər edirlər ki, bu da həmin sahələrdə dövriyyəni artırır. Təbii ki, bu dövrlərdə qiymətlər də adətən 30-40 faiz yüksələ bilir. Digər tərəfdən, əmək qanunvericiliyinə görə, bayram günlərində işləyənlərə daha yüksək ödəniş tətbiq olunur. Bu isə özəl sektorun fəaliyyətini məhdudlaşdırmır. İşçilər istədikləri halda işləyə bilirlər, lakin qanunvericiliyə uyğun olaraq əlavə ödənişlə təmin olunmalıdırlar. Azərbaycanda əməkhaqqı səviyyəsinin nisbətən aşağı olduğunu nəzərə alsaq, bu cür əlavə ödənişlər ciddi problem yaratmamalıdır".

İqtisadiyyat       Tarix: 25 may 2026
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler