Azərbaycanda toyda zarafatın sonu qanla nəticələndi

Azərbaycanda toyda zarafatın sonu qanla nəticələndiLənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şamxal Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
azxeber.com-un Pravda.az-a istinadən məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı
İttihama görə, Şamxal Babayev 12 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi, 2006-cı il təvəllüdlü zərərçəkmiş Famil Xəlilovla Salyan rayonu, Xıdırlı kəndində yerləşən "Səmayə" şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib. Bu zaman o, zərərçəkmişlə eyni masa arxasında yanaşı oturub, öz aralarında zarafat edərək bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlədib. Buna görə onların arasında mübahisə yaranıb, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşmək qərarına gəliblər.
Daha sonra Şamxal Familin təklifi ilə Salyan rayonu, Xıdırlı kəndində açıq ərazidə "pir" adlanan yerdə onunla görüşüb. O, hadisə yerinə gələndə yaşadığı evdən mətbəx bıçağı götürüb. Nəticədə Şamxal bıçaqla Familə ümumilikdə 7 zərbə endirib.
Hadisədən sonra zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyin nəticəsində Famil Xəlilovun həyatını xilas etmək mümkün olub.

Sosial       Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb. xəbər veri

İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Azərbaycan saatı ilə 01:25-də bva

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 son xəbər sonxabar son.xeber