Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfərToy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.
Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir:
"Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar".
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
"Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır", – deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar. / azxeber.com

Sosial       Tarix: 02 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes