Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlarAzərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı, bölgələrə marağının artması regionlarda iqtisadi fəallığın yüksəlməsi üçün yeni imkanlar yaradır.
Xüsusilə Qəbələ, Quba, Qusar, Şəki, Şamaxı və Lənkəran kimi turizm potensialı yüksək olan bölgələr təbiəti, tarixi-mədəni abidələri, istirahət kompleksləri və milli mətbəxi ilə diqqət çəkir. Turistlərin regionlara səfərləri hotellərin, restoranların, nəqliyyat və xidmət sektorunun fəaliyyətinə, eləcə də yerli sahibkarlığın inkişafına təsir göstərir.
Dövlət tərəfindən turizm infrastrukturunun genişləndirilməsi, regionların turizm imkanlarının tanıdılması və yeni turizm marşrutlarının yaradılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib. Proqramda regionlarda turizmin inkişafının təşviqi, turizm infrastrukturu və nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və ölkənin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması nəzərdə tutulur. 
Dövlət Turizm Agentliyinin təqdim etdiyi statistikaya görə, 2026-cı ilin açıqlanmış göstəriciləri üzrə ölkədə 11 milyon 181 min 78 yerli turist səfəri qeydə alınıb. Ən çox səfər Bakı şəhərində (6 milyon 970 min 631), Şəki-Zaqatala (721 min 244), Quba-Xaçmaz (611 min 351) və Abşeron-Xızı (548 min 513) iqtisadi rayonlarında qeydə alınıb.
Bəs yerli və xarici turistlər Azərbaycanda daha çox hansı bölgələrə üstünlük verirlər? Turist axını regionların iqtisadi inkişafına və yerli sahibkarlığa necə təsir göstərir?
Turizm eksperti Samir Dübəndi azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycanda turizm axını əsasən Bakı və ənənəvi turizm bölgələrində cəmləşir:
"Azərbaycanda turizm axını əsasən Bakı və ənənəvi turizm bölgələrində cəmləşir. Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk yarısına dair məlumatlarına görə, hotel gecələmələrinin 58,8 faizi Bakıda, 5,9 faizi Qusarda, 5,5 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 3,1 faizi Qubada qeydə alınıb. Xarici turistlərin hotel gecələmələrinin isə 81,9 faizi Bakının payına düşür. Yerli turistlər arasında Qəbələ, Quba, Qusar, Xaçmaz və İsmayıllı kimi təbiət və istirahət imkanları ilə seçilən bölgələrə maraq yüksəkdir".
Turizm eksperti qeyd edib ki, turist axınının artması regionların iqtisadiyyatına bir sıra istiqamətlər üzrə müsbət təsir göstərir:
"Turist axını regionların iqtisadiyyatına çoxşaxəli təsir göstərir. Hotellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri ilə yanaşı, kənd təsərrüfatı, yerli məhsul istehsalı, sənətkarlıq və kiçik sahibkarlıq da bundan faydalana bilir. Nəticədə yeni iş yerləri və əlavə gəlir imkanları yaranır. Lakin əsas məsələ yalnız turist sayının artması deyil, onların bölgədə daha uzun müddət qalması və xərclədikləri vəsaitin daha böyük hissəsinin yerli iqtisadiyyatda qalmasıdır. Bunun üçün turizmin mövsümiliyini azaltmaq, xidmət keyfiyyətini yüksəltmək və yerli icmaları turizm fəaliyyətinə daha fəal cəlb etmək vacibdir".
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"mövzusunda dərc edilib.
 
Şahanə Ziyad
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

İqtisadiyyat       Tarix: 24 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal son.xeberler azerbaycanda son xeberler xeber.az 2026