Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək

Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcəkAzərbaycanda turizmin inkişafını sürətləndirmək məqsədilə hazırlanan yeni dövlət proqramında turizm infrastrukturu layihələrinə subsidiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Hazırda hökumət daxilində razılaşdırılmasının yekun mərhələsində olan proqram nəqliyyat əlçatanlığının artırılması, turizm məkanlarına çıxışın yaxşılaşdırılması və sektorun inkişafına mane olan əsas problemlərin aradan qaldırılmasını hədəfləyir. Bu barədə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə məlumat verib.
Turizm eksperti Rəhman Quliyev azxeber.com-a açıqlamasında deyib ki, bu proqram turizmlə əlaqəli bütün sahələrin inkişafına müsbət təsir göstərəcək:
"Bu proqram turizmlə əlaqəli bütün sahələrin inkişafına müsbət təsir göstərəcək. Nəticədə gələcəkdə Azərbaycana gələn xarici turistlərin sayının 5-6 milyona çatdırılması hədəflənir. Proqram çərçivəsində ölkədə fəaliyyət göstərən turizm sektoru əməkdaşlarının, xüsusilə də turizm bələdçilərinin sertifikatlaşdırılması, hotellərin ulduz təsnifatının beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlər ölkəyə gələn turistlərin məmnunluq səviyyəsinin yüksəldilməsinə və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək".
O qeyd edib ki, bəzi ölkələrlə viza rejiminin sadələşdirilməsi ölkəyə gələn turistlərin sayının artmasına əhəmiyyətli töhfə verəcək:
"Bununla yanaşı, yol infrastrukturunun inkişafı, hava limanlarının fəaliyyətinin daha yüksək səviyyədə təşkili, turizm obyektlərinin xarici bazarlarda daha fəal tanıdılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və turistlərin Azərbaycana səfərini asanlaşdıracaq mexanizmlərin tətbiqi proqramın əsas istiqamətləri sırasındadır. Son aylarda Azərbaycana gələn turistlərin sayının artırılması məqsədilə Cənubi Koreya, Yaponiya, Sinqapur və Çin kimi iqtisadi cəhətdən güclü ölkələrin vətəndaşları üçün viza rejimində mühüm sadələşdirmələr həyata keçirilir. Bu addımlar da hazırlanmaqda olan yeni turizm proqramının əsas tərkib hissələrindən biri kimi ölkəyə gələn turistlərin sayının artmasına əhəmiyyətli töhfə verəcək".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 11 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri hava proqnozu meherremlik 2026