Azərbaycanda vahid e-xidmətlər portalı yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal istifadəyə verilib.
Nazirlikdən azxeber.com-a verilən məlumata görə, bununla bağlı RİNN-in tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən Vahid Elektron Xidmətlər Portalı – portal.rinn.az yaradılıb.
Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir.
İndi isə bütün xidmətlər vahid portalda toplanılır. İlkin mərhələdə 6 xidmət portala inteqrasiya edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var