Azərbaycanda yay turizm mövsümünə start verilib - FOTOLAR

Azərbaycanda yay turizm mövsümünə start verilib - FOTOLARİyunun 15-də Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Şahdağ"a mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda "Şahdağ" Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.
Tədbir zamanı ölkənin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin turistlərə təklif olunan mövcud və yeni turizm məhsulları haqqında təqdimat nümayiş olunub.  
Tədbirdə çıxışı zamanı cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların  sayının 965 555 nəfər təşkil etdiyini və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artımın olduğunu deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.
Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi  "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.
O, hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq ,kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu turizm məhsullarının mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində aktiv marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.
Kompleks ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncələrin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələrin həyata keçiriləcəyini deyib. O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib.
Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisisinin salınacağını bildirib.
Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətlərindən, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından  iyun ayının 15-dək olan müddət ərzində "Şahdağ" Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 000 nəfərə yaxın təşkil edib.
Azərbaycanda yay turizm mövsümünə start verilib - FOTOLARAzərbaycanda yay turizm mövsümünə start verilib - FOTOLARAzərbaycanda yay turizm mövsümünə start verilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 15 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 kriminal xeberler son xeber 2026 cəbhədən yeni xəbərlər