Azərbaycanda yumurta ixracı yenidən başladı - İqtisadiyyata necə təsir edəcək?

Azərbaycanda yumurta ixracı yenidən başladı - İqtisadiyyata necə təsir edəcək?Bu ilin əvvəlindən dayandırılan yumurta ixracı aprelin 10-dan yenidən başlayıb. Bu barədə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın sədri Mürvət Həsənli məlumat verib.
Onun sözlərinə görə, hazırda ehtiyat kifayət qədərdir və istehsal sabit davam edir. İxrac əsasən BƏƏ, İraq və Səudiyyə Ərəbistanına həyata keçirilir, bəzi hallarda Əfqanıstana da göndərilir. Gələcəkdə ABŞ və digər ölkələrə ixrac planlaşdırılır.
İqtisadçı Asif İbrahimov azxeber.com-a açıqlamasında bildirib ki, yumurta ixracının yenidən bərpası müsbət addımdır:
"Azərbaycanda bu ilin əvvəlindən müvəqqəti dayandırılmış yumurta ixracının aprelin 10-dan etibarən yenidən bərpa olunması aqrar sektor və ərzaq bazarı baxımından mühüm qərar kimi qiymətləndirərdim. Bu addım ilk növbədə daxili bazarda formalaşmış istehsal artıqlığının tənzimlənməsinə xidmət edir. Son dövrlərdə quşçuluq sektorunda istehsalın artması fonunda ixracın açılması artıq məhsulun xarici bazarlara yönləndirilməsinə imkan yaradır və bu da daxili qiymətlərin kəskin dalğalanmasının qarşısını almağa kömək edir".
İqtisadçı deyib ki, yumurta ixracının bərpası yerli istehsalçıların maliyyə dayanıqlığını gücləndirir:
"Yumurta ixracının bərpası yerli istehsalçıların maliyyə dayanıqlığını gücləndirir. Xarici bazarlara çıxış fermerlər və quşçuluq təsərrüfatları üçün əlavə gəlir mənbəyi yaradır, investisiya imkanlarını genişləndirir və sahədə rəqabət qabiliyyətini artırır. Ən mühüm məsələ isə ixracın ölkəyə valyuta axınını təmin etməsidir. Aqrar məhsulların ixracı qeyri-neft sektorunun inkişafı baxımından strateji əhəmiyyət daşıyır və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir".
O qeyd edib ki, ixrac siyasəti həyata keçirilərkən daxili bazarın təminatı prioritet olaraq qalmalıdır:
"İxrac siyasəti həyata keçirilərkən daxili bazarın təminatı prioritet olaraq qalmalıdır. Əgər ixrac həcmləri düzgün tənzimlənməzsə, bu, daxili bazarda qiymət artımına səbəb ola bilər. Bu baxımdan balanslaşdırılmış və çevik tənzimləmə mexanizmlərinin tətbiqi çox vacibdir. Qısaca desəm, yumurta ixracının bərpası düzgün idarə olunduğu təqdirdə həm istehsalçıların maraqlarına, həm də ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək mühüm addım hesab edirəm".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 27 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər