Azərbaycandan Avropaya qaz nəqli niyə azalıb? - SƏBƏB BİLİNDİ
Ötən gün Bolqarıstanın "Bulgartransgas" şirkəti Azərbaycandan ölkəyə qaz nəqlinin dayandırılması barədə məlumat yaymış, bunun texniki problemlə bağlı olduğunu açıqlamışdı. Şirkətin yaydığı məlumata görə, TAP-la Azərbaycandan verilən qaz həcmləri gündəlik olaraq 5,5 milyon kubmetr azalıb.
Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Bolqarıstana qaz nəqlinin dayanmasına səbəb "Şahdəniz" yatağındakı "Alfa" platformasında qaz hasilatının müvəqqəti dayandırılmasıdır.
Ekspert hesab edir ki, neft-qaz istehsalatında belə hallar olur:
"bp şirkətindən aldığım məlumata görə, hasilat platformalarında heç bir problem yoxdur. Konsorsium "Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşib. Bu səbəbdən də "Alfa" platformasından hasilat müvəqqəti dayandırılıb. Ən əsası boruda heç bir sızma baş verməyib, platformadakı qurğular üçün hansısa təhlükə yaranmadığı vurğulanır".
Bolqarıstan şirkəti Azərbaycan tərəfdən bununla bağlı xəbərdar edildiklərini və qaz çatışmazlığını aradan qaldırmaq üçün BOTAŞ-dan Türkiyə üzərindən həcmlər aldığını açıqlayıb.
musavat.com / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək