Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyindən Ermənistana CAVAB

Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyindən Ermənistana CAVABAzərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi Xankəndi-Laçın yolundakı vəziyətlə bağlı bəyanat ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda BMT Təhlükəsizlik Şurasında Ermənistan nümayəndəsinin çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin saxtalaşdırılmasının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. Bundan başqa Brüssel, Praqa və Soçidə ən yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyiblər.
"Ermənistan Nümayəndəliyinin bəyanatlarında heç bir tarixi və hüquqi əsası olmayan bu cür adlara istinadlar bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini açıq şəkildə bir daha sübut edir", – deyə bildirilib.
Bundan başqa Ermənistanın Azərbaycandakı ekoloji terroru ilə bağlı Laçın yolunda keçirilən aksiyanın dinc xarakter aldığı və Ermənistanın blokada ilə bağlı iddialarının əsassız olduğu qeyd olunub.
Azərbaycan yol boyu heç bir məhdudiyyət qoymayıb, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkəti, o cümlədən zəruri tibbi xidmətlərin göstərilməsi maneəsiz olaraq qalır. Rusiya sülhməramlıları yol boyu hərəkəti tənzimləmək üçün öz vəzifələrini yerinə yetirməkdə davam edirlər", – deyə məktubda vurğulanıb.
Məktubda BMT TŞ-yə üzv dövlətlərin bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsi çağırışı olub.
"Üçtərəfli bəyanatların müddəalarını pozaraq Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətini davam etdirir. Bura qeyri-qanuni hərbi birləşmələr, silahların daşınması, piyada əleyhinə minaların və şəxsi heyətin qanunsuz olaraq bu əraziyə göndərilməsi və digər hərbi təxribatlara əl atılması daxildir", – deyə bildirilib.
Qeyd olunub ki, münaqişədən sonrakı dövrdə Azərbaycan regional sülhün və sabitliyin möhkəmləndirilməsi və çoxtərəfli regional əməkdaşlığın inkişaf etdirilməsində ardıcıl və konstruktiv mövqe tutub.
"Azərbaycan tərəfindən təqdim olunan beynəlxalq hüquqa əsaslanan beş əsas prinsip sülh müqaviləsinin imzalanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası və regional kommunikasiyaların açılmasını təbliğ edir. Bu yollar üzrə irəliləyiş regionda uzunmüddətli davamlı sülh üçün zəruridir". – deyə qeyd olunub.
Bildirilib ki, Ermənistanın ittihamları beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddən başqa bir şey deyil.
Bu prossesin ikitərəfli münasibətlərin normallaşmasını pozmaq, regionda vəziyyəti gərginləşdirməyə yönəldiyi qeyd olunub.

Siyasi       Tarix: 23 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar