Azərbaycanın "Avroviziya 2023" üçün namizədi artıq seçilib? - AÇIQLAMA

Azərbaycanın İctimai Televiziya (İTV) "Avroviziya 2023" mahnı müsabiqəsinin qalibinin guya seçilməsi ilə bağlı yayılan şayiələri təkzib edib.
Nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova azxeber.com-a bildirib ki, seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gündə yaydıqları iddialar böhtan xarakterlidir: "Əvvəla qeyd edim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.
Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm".
"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov bildirib ki, builki Avroviziya təmsilçimiz hələ bəlli deyil: "Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq".
Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə qeyd edib ki, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: "Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii haldır. Amma qeyd etməliyəm ki, "Avroviziya" heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb".

Sosial       Tarix: 02 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər valyuta mezennesi banklar şou biznes xəbərləri kriminal bugun