Azərbaycanın ən güclü taekvondoçuları MÜƏYYƏNLƏŞDİ
Taekvondo üzrə böyüklər arasında və parataekvondoçular arasında Azərbaycan çempionatı keçirilib.
KONKRET.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində taekvondoçular arasında təşkil olunan yarışda 127 idmançı 14 çəki dərəcəsində gücünü yoxlayıb.
Gərgin keçən döyüşlərdən sonra qadınlar 6, kişilər 8 çəki dərəcəsində ölkənin ən güclülərini müəyyənləşdiriblər. Komanda hesabında Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzi birinci olub. İkinci yeri Ağcabədi komandası tutduğu halda, "Xəzər" Taekvondo Klubu ilk "üçlüy"ü qapayıb.
Yarışın yekununa əsasən kişilər arasında ən əzmkar idmançı adına Avropa çempionatının mükafatçısı Eltac Qafarov layiq görülüb. Azərbaycan çempionatının digər qızıl medalçısı Minayə Əkbərova isə bu ada qadın taekvondoçuların mübarizəsində sahib olub.
Beynəlxalq dərəcəli hakimlər arasında ən yaxşı referi adına Aygül Abdullayeva və Ramal Camalov yiyələniblər. Milli dərəcəli ədalət təmsilçilərindən Dilarə Həsənova və Elmir Mahmudov həmkarlarından fərqləniblər.
Qadın məşqçi nominasiyasında Günay Zeynalova, kişi məşqçi seçimində isə Zöhrab İsmayılov ən yaxşı adını qazanıblar.
Parataekvondoçular arasında yarışda isə 5 çəkidə dərəcəsində kişilər, 1 çəkidə qadınlar güclərini yoxlayıb və qalibləri müəyyənləşdiriblər.
Beləliklə, 5 gün davam edən Azərbaycan birincilikləri və çempionatları başa çatıb. İlin son yarışlarında böyüklərdə 127 idmançı qüvvəsini sınayırdısa, yeniyetmələr arasında ölkə birinciliyində 420, gənclərdə 340 taekvondoçu dayanq üzərinə çıxıb.
Fərqlənən taekvondoçular millinin heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA