Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur

Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur"Biz xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında, şanlı ordumuzun qəhrəmanlığı nəticəsində Vətən Müharibəsində qalib olduq"
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O, qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bölgədə yeni siyasi mənzərə formalaşdırır və Cənubi Qafqazda lider ölkə kimi bir çox məsələləri diqtə edir:
Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur"Bu münaqişə 30 ilə yaxın davam etdi və biz dünya birliyindən, beynəlxalq təşkilatlardan, BMT-dən beynəlxalq hüququn zəfər çalmasını gözlədik. Ədalətin bərqara olmasını gözlədik. Amma təəssüflər olsun ki, bu gözləntilər özünü doğrultmadı. Biz öz gücümüz, xalqımızın gücü hesabına Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində Vətən Müharibəsində böyük qələbəmizi qazandıq".
Deputat əlavə edib ki, post-müharibədən sonra hələ də mina partlaması nəticəsində vətəndaşlarımız həlak olur:
"2 il keçməsinə baxmayaraq, hələ də həmin bölgələrdə mina terroru tərəfindən günahsız insanların şəhid olmasının, ölməsinin şahidiyiq. Həmin dünya birliyi özlərinə lazım olan anlarda bir nəfərin burnu qanasa, bütün dünyada hay-həşir qoparırlar. Əfsuslar olsun ki, hazırda 300-ə yaxın insan post-müharibə dövründə mina partlaması nəticəsində ya yaralanıb, ya da həlak olub. Ancaq Azərbaycan öz ərazisində mitinq təşkil edir. İnsanların buradakı silahı yalnız ölkəsinin bayrağıdır. ABŞ, Fransa, Avropa İttifaqı və digər ölkələr bununla bağlı bəyanaatlar verirlər. Necə də absurd və ədalətsiz bir dünyada yaşadığımızın fərqindəyik. Hazırda həmin aksiya 4 gündən artıqdır ki, davam edir və aksiyada iştirak edən insanlar hər gün tələblərinin sayını artırırlar. Bu onların təbii haqlarıdır. Bir neçə gün öncə Kəlbəcərdə 8 nəfərin minaya düşməsi, bir neçə nəfərin şəhid olması artıq bunu deməyə dəlalət edir ki, biz Laçın dəhlizi və həmin ərazilərdə öz postlarımızı qurmalıyıq. Çünki artıq sülhməramlılar həmin etimadı doğrultmadılar. Azərbaycan insanında bir məyusluq var. Biz postlarımızı qurmalı, həmin əraziyə gələn gedən hər şeyi incəliklə baxıb, nəzarət etməliyik. Orada yaşayan vətəndaşlarımızın rahat yaşaması üçün həmin ərazidən terrorçular təmizlənməli, silahlı şəxslər çıxarılmalı, Azərbaycan hüquq-mühafizə orqanları öz mövqeyini formalaşdırmalıdır. Bunun üçün də artıq işə başlanılıb".
Millət vəkili bildirib ki, əgər mina təhlükəsi həllini tapmazsa, Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirəcək:
"Düşünürəm ki, yaxın zamanlarda bu proseslər öz həllini tapacaq. Ermənistanın müharibədən sonra 2021-2022-ci illərdə basdırdığı minalardan insanlar həlak olur, yaralanır. Bütün bunların qarşısının alınması bu deməkdir ki, adı çəkilən ərazilərdə artıq Azərbaycanın müvafiq dövıət orqanlarının postları olmalı, yoxlamalarda həmin orqanların işçiləri iştirak etməlidirlər. Əks halda Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində öz missiyalarını yerinə yetirməyəcəklərsə, Azərbaycan tərəfi həmin ərazilərdə antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Necə ki, "Qisas əməliyyatı" və ona bənzər bu cür əməliyyatlarla bunu artıq sübut edib. Biz bütün məsələləri dinc yolla, sülh yolu ilə, normal məcrada getmək arzusunda olduğumuzu nümayiş etdiririk. Bunlar təbii ki, öz həllini tapmayacaqsa, təkrarən deyirəm, orada antiterror əməliyyatının keçirilmə hüququnu özümüzdə saxlayırıq. Cənab Prezident nə vaxt məsləhət biləcəksə, həmin anda əməliyyat keçiriləcək və orada bir nəfər belə olsun erməni yaraqlısı qalmayacaq. Yaxud torpaqlarımızda minalar basdırılmayacaq. Bütün bunların qarşısının alınması üçün Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur".
"Bu məsələlər yalnız sülh yolu ilə tənzimlənməlidir. Bu sülh yolunu da Azərbaycan Ermənistan tərəfinə təqdim edib. Ermənistan tərəfi özü təkbaşına bizim əsaslı təklif və tələblərimizə cavab verə bilmədiyindən çalışır ki, bu proseslərə kənar qüvvələri, xarici dövlətlərin nümayəndələrini qatsın".
Bu fikirləri isə azxeber.com-a açıqlamasında politoloq Tofiq Abbasov azərbaycanlı aktivistlərin və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoymaq üçün keçirilən aksiya və son günlərin məsələlərindən danışarkən deyib. 
Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddurO qeyd edib ki, bu prosesdə də onlar üçün sonsuz dəhşət olacaq:
"Çünki bir halda ki, özlərinin niyyəti yoxdur ki, Azərbaycan tərəfi ilə üz-üzə oturub, sağlam tərzdə dialoq qursunlar, o zaman başqaları bu işdə ümumiyətlə onlara nə kömək edəcək, nə də dəstək verəcək. 
Hazırki baş verənlər Azərbaycan tərəfindən çox yerində və ağılı tərzdə istifadə olunmuş yumşaq gücün vasitəsidir. Biz silahlanmamışıq, əgər silahımız varsa, ideyalarımız, sağlam məfkurələrimizdir. Onun vasitəsilə biz istəyirik ki, Azərbaycan torpaqlarının o yerlərində ki, ermənilər yaşayırlar, biz gözümzlə görək ki, oralarda nə baş verir. Çünki 30 illik işğal ərzində bizim torpaqlarda ermənilərin hansı oyunlardan çıxmasının biz şahidiyik. Onların qoyduğu dəst-xətt bir həqiqətdən xəbər verir ki, onlar insanlıqdan son dərəcə uzaqdırlar. Azərbaycanda qarətlə məşğul oldular, bizim bütün infrastrukturu dağıtdılar. Oğurlandıqlarını apardılar, daşıya bilmədiklərini də məhv etdilər". 
Politoloq qeyd edib ki, o torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır:
"Odur ki, indi Qarabağ bölgəsində ki, biz artıq həm bərpa-quruculuq işləri görürük, sülh dayaqlarıni gücləndiririk, ermənilər ilk növbədə gərək bilsinlər ki, o torpaqlarda Azərbaycanın həm nəzarəti, həm də gözü olmalıdır. Biz bilməliyik ki, orada nələr baş verir. Rusiya tərəfindən lazımsız bir iş adamın, "maşennik" Ruben Vardanyanın bura gətirilməsi onların kobud səhvidir. Çünki bu adamın nəinki Qarabağa, Azərbaycana heç bir dəxli yoxdur, həm də o öz fəaliyyəti ilə göstərir ki, sağlam məfkurənin daşıyıcısı deyil. Belə adam heç vaxt özü ilə sağlam bir mühit formalaşdıra bilməz. Ona görə də biz indi ermənilərə şans vermişik ki, onalar əgər papaqları varsa, onlar üçün bu, qeyrət rəmzidirsə, papaqlarını qarşılarına qoyub düşünsünlər. Bilsinlər ki, bu proseslərdə Azərbaycan onlara heç bir güzəştə getməyəcək. 
Azərbaycan tərəfi nə qədər güclü olduğunu 44 günlük müharibədə göstərdi, məkrli düşmənin başını əzdi. Ona sonra Fərrux yüksəkliyində, sentyabr əməliyyatlarında yeni dərslər verdi. Biz onlara göstərdik ki, əgər həddlərini aşsalar, verikləri qiymət də yüksək olacaq. Bizim bir əsgərimiz şəhid olanda, onun qarşılığınıda biz 50-ə yaxın erməni yaraqlısını, terroristini məhv etdik.
"Odur ki, bu proseslərdə biz görürük ki, Vardandan, onun əsabələri, onlara qoşulmuş rus hərbi kontingentinin nümayəndələri ortaq biznes qurublar. Azərbaycan torpaqlarını talayırlar, çirkləndirirlər. Biz bununla barışmayacağıq. Bizim bu hərəkətimizin sonunda bir hədəf var ki, biz ona çatacağıq. Biz o torpaqları özümüzə açmalıyıq. Ermənilər yaşamaq istəyirlərsə, yaşasınlar. Biz onlara zəmanət vermişik. Prezident İlham Əliyev bildirib ki, onlar bizim digər milli azlıqlar kimi yaşaya bilərlər. Bir şərtlə ki, bizim qanunları qəbul etsinlər və silah-sursatı yaddan çıxarsınlar", - deyə politoloq əlavə edib.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc edilib.
Azərbaycanın kifayət qədər iradəsi və gücü mövcuddur

Siyasi       Tarix: 23 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbər butun xeberler cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun