Azərbaycanın mülki döyüşçüləri: Xalqımızın növbəti qələbəsi
"Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir".
Bunu açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri, "Diaspor" İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir:
"Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var.
Nə az, nə çox – düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir. Hələ ötən ilin dekabr ayından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi.
Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı olmayaraq hər bir vətəndaş döyüşçüdür!".
Qeyd edək ki, T.Allahverdili Laçın-Xankəndi yolunda keçiriləm etiraz aksiyasının təşəbbüskarlarından və iştirakçılarından biridir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu