Azərbaycanın qaz ehtiyatı nə qədərdir?
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarımızın ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəyini bildirib. Azərbaycanın qaz ehtiyatları nə qədərdir və bu göstəriciyə görə dünyada hansı sıradayıq?
KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, kəşf edilən qaz ehtiyatları ilə bağlı xarici şirkətlər və beynəlxalq qurumlar tərəfindən fərqli rəqəmlər təqdim edilsə də, Azərbaycan dünyanın ən çox qaz rezervləri olan dövlətləri sırasındadır:
"EnergyNow Media" təşkilatının qiymətləndirmələrinə görə, Azərbaycan dünyada ən çox qaz ehtiyatları olan ilk 12 dövlət sırasından qərarlaşıb.
BP şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda kəşf edilən qaz ehtiyatları 2.5 trilyon kub metrdir. ABŞ Enerji İnformasiya İdarəsində də ehtiyatlarımızın 2.0 trilyon kub metrdən çox olduğunu düşünürlər.
Müstəqil qiymətləndirmələrə görə, Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları proqnozlaşdırılan ehtiyatlarla birlikdə 3 trilyon kubmetrə çatır. Bu ölkənin daxili tələbatını və ixracını qarşıdakı 100 il müddətində təmin etmək üçün kifayət edəcək ehtiyatlardır".
V.bayramov vurğulayıb ki, 2025-ci ildə Azərbaycanda ümumi təbii qaz hasilatı illik 51,5 milyard kubmetr olub. Əmtəəlik qaz həcmi isə 39 milyard kubmetrə yaxındır:
"Bu göstəricilərə görə, Azərbaycan dünyada ilk iyirmiliyə daxildir.
Qaz hasilatında mühim məqamlardan biri son illər müşahidə edilən artım dinamikasıdır. Ümumi qaz hasilatının illik 50 milyard kub metrdən çox olması da bunu təsdiq edir.
Göründüyü kimi, hələ uzun illər Azərbaycan enerji hasil və ixrac edən ölkə statusunu qoruyub saxlayacaq".
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?