Azərbaycanın Rusiyadakı səfirliyi terror aktı zamanı ölən azərbaycanlı haqqında məlumatları araşdırır
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 22-də "Crocus City Hall"un konsert zalında baş vermiş terror aktı ilə əlaqədar bütün məsul işçilərə diplomatik nümayəndəlikdə qalmağı tapşırıb.
"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Bildirilib ki, indiyədək təcili tibbi yardımla bağlı heç bir müraciət daxil olmayıb: "Terror aktı qurbanları ilə bağlı ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda yox idi. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, böyük ehtimalla Rusiya vətəndaşı da var".
Qeyd edilib ki, səfirlik öldürülən şəxsin meyitinin saxlanıldığı yerin müəyyən edilməsi, o cümlədən mərhumun qohumlarının və tanışlarının məlumatlandırılması üçün bütün lazımi tədbirləri görür.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var