Azərbaycanın sabiq səfiri seksual təzyiqdə ittiham olunur
Azərbaycanın Britaniyadakı keçmiş səfir Rəfael İbrahimov seksual təzyiqdə ittiham olunur.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Britaniya mətbuatı yayıb.
İbrahimovun bu addımı Çeşir qraflığındakı reabilitasiya klinkasının 3 əməkdaşına qarşı atdığı iddia olunub.
Mətbuat yazır ki, İbrahimov fevralın 7-də Çesterdəki Krallıq Məhkəməsində dindirilib. Məhkəmədə bəlli olub ki, İbrahimovun iştirakı ilə klinikada insident 2023-cü ilin son aylarında baş tutub. İttihamçı tərəf keçmiş səfirin klinikanın 3 əməkdaşının sinəsinə, cinsiyyət orqanı ətrafına toxunub, eləcə onların əllərini dəfələrlə öpüb.
Səsləndirilən ittihamlarla bağlı İbrahimov keçən il məhkəmələrin birində cavab verib. O özünə qarşı səsləndirilən ittihamlardan yalnız bir qismini qəbul etdiyini açıqlayıb.
Daha sonra çıxış edən hakim Patrik Tompson Rafael İbrahimovun hərəkətlərini həyasızlıq və çirkinlik adlandırıb. O deyib ki, İbrahimovun hərəkətləri 60 yaşlı və əvvəllər heç bir məhkumiyyəti olmayan insan üçün xarakterik deyil. Lakin hakim İbrahimovun ilk dəfə cinayət törətməsini nəzərə alaraq onun məhkum olunduğu cəzanın həyata keçirilməsini təxirə salacağını açıqlayıb.
Ümumilikdə İbrahimov 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.
Qeyd edək ki, Rafael İbrahimov 2001-2007-ci illərdə Azərbaycanın Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olub. O daha sonra Britaniyada müxtəlif kanallarda icmalçı kimi çalışıb.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var