Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
"Qarabağ Arena"da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
Azərbaycan – İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 83 – Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, "Qarabağ Arena"

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto