Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bu gün Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasına yekun vurulub.
Birgə İqtisadi Komissiyasının həmsədrləri — Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adıçəkilən komissiyanın 16-cı iclasının Protokolu imzalanıb.
İki ölkə arasında nəqliyyat, enerji, neft-qaz, su və kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra mühüm razılaşmalar əldə olunub.
Eyni zamanda, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün preferensial ticarət müqaviləsinin mümkün qədər tez imzalanması barədə razılığa gəlinib.//APA

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək