Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötürBu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 31 il ötür.
azxeber.com xəbər verir ki, iki qardaş ölkə arasında diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da qardaş ölkənin Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra - 1992-ci il yanvarın 14-də qurulub.
Həmin ilin avqustunda Azərbaycan Türkiyədə səfirlik açıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlini təşkil edir. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin prioritetlərindəndir.
Bakı-Ankara əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir. İki dövlət liderlərinin- Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın ənənə halını almış qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında, habelə qarşılıqlı inteqrasiyada mühüm tol oynayır.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 30 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.
Həmçinin, iki qardaş ölkə keçirilən birgə hərbi təlimlərlə dostlara inam, düşmənə gözdağı verməkdə davam edir. Xatırlatmaq yerinə düşər ki, təkcə ötən il təxminən 20 birgə hərbi təlim keçirilib. Bu təlimlərlə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi aparır. Eləcə də Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla davam edir.
Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan "Şuşa Bəyannaməsi" ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Beləliklə, Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. "Şuşa Bəyannaməsi", həmçinin, dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. "Şuşa Bəyannaməsi"ndən irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı "Şuşa Bəyannaməsi"nin ruhuna uyğun formada həyata keçirir.
"Şuşa Bəyannaməsi"nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar atılır. Digər dövlət qurumları da gündəliklərini "Şuşa Bəyannaməsi"nin tələblərinə uyğunlaşdırırlar.
Bu gün Azərbaycan-Türkiyə birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Xüsusilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində rəsmi Ankaranın səmimiyyəti və qətiyyəti Cənubi Qafqazdakı sülh idealı üçün mühüm əhəmiyyət daşıyır.

Sosial       Tarix: 14 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri xeberler son xeberler 2026 hava haqqinda