Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Ukraynanın təhsil naziri Andrey Butenko, daxili işlər naziri İvan Vıqovski, ədliyyə naziri Denis Maslov, İvano-Frankivsk meri Ruslan Martsinkiv və İvano-Frankivsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişçukla görüşüb, iki ölkə arasında əməkdaşlığı müzakirə edib.
azxeber.com xəbər verir ki, bu barədə S. Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Təhsil və elm sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığını daha da gücləndirmək, akademik mübadilələri genişləndirmək və universitetlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq yollarını müzakirə etmək üçün məhsuldar görüş olub", - o bildirib.
Ukraynanın daxili işlər naziri İvan Vıqovski ilə hüquq-mühafizə sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, peşəkar təcrübə mübadiləsi və ümumi təhlükəsizlik çağırışlarının həlli üçün birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunub.
S. Mərdəliyev Ukraynanın ədliyyə naziri Denis Maslov ilə məhsuldar görüş keçirib və qarşılıqlı faydalı institusional əlaqələrin dərinləşdirilməsinə marağımızı bir daha təsdiqlənib:
"Dialoqumuz yaxın tərəfdaşlığın əhəmiyyətini əks etdirir. İvano-Frankivskdə, Azərbaycan və İvano-Frankivsk arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı faydalı tərəfdaşlıqların inkişaf etdirilməsi və regionlararası əlaqənin genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün İvano-Frankivsk meri Ruslan Martsinkiv ilə məhsuldar görüş keçirdik".
İvano-Frankivsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişçukla görüşdə də tərəfdaşlığı dərinləşdirmək və qarşılıqlı maraq doğuran təşəbbüsləri irəlilətmək yollarından bəhs olunub.





Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA