Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
Azərbaycan vətəndaşları - Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüblər.
azxeber.com xəbər verir ki, bu barədə Teleqraf.az-a R.Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.
Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu il fevralın 26-da Ukrayna ərazisinə daxil olub.
"Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidirlər, hər birinin iki övladı var. 20 ilə yaxındır, daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur", - R.Əsgərov söyləyib.
O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.
Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2003-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb.
Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan daimi yaşayış icazəsi almışdı, məşqçi idi.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var