Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdıAzərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı
Kolumbiya Milli Ordusunun geniş dinləyici kütləsinə malik radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi, işğalçı dövlətin son hərbi təcavüz cəhdi, Silahlı Qüvvələrimizin işğalda olan Azərbaycan ərazilərini azad etməsi və 10 noyabr tarixindən qüvvəyə minən atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.
Bununla bağlı Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb. 
Səfir ilk olaraq, münaqişənin tarixindən, Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı ərazi iddialarından, 1991-94-cü illərdə isə hərbi təcavüzə əl ataraq Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etməsi və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlını qovmasından, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələrin tələblərindən, Ermənistanın 27 ildir bu sənədlərin tələblərinə məhəl qoymaması və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da davamlı olaraq qeyri-konstruktiv mövqe tutmasından danışıb.
Ermənistanda milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin son iki ildə Azərbaycana qarşı aqressiv mövqeyinin daha da gücləndiyini və təxribat əməllərinin artdığını deyən səfir, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə, dinc əhaliyə və mülki infrastruktura qarşı geniş miqyaslı hücumlar həyata keçirdiyini və bu hücumların mülkü əhali arasında qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olduğunu, cəbhə xəttindən uzaqda yerləşən şəhərlərn ballistik raketlərlə hədəfə aldığını, Azərbaycan ordusunun Ermənistanın təcavüz aktının qarşısını almaq, mülkü əhalinin təhlükəsizliyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları həyata keçirdiyini söyləyib. 
Səfir Türkiyənin də yaxından iştirakı ilə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalda qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının nəzərdə tutulduğunu bildirib. 
Münaqişənin yaranma səbəbinin bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı olub-olmadığına dair suala münasibətdə səfir işğal olunmuş ərazilərin strateji önəmindən öncə ölkəmiz üçün tarixi-mənəvi dəyərə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olan bu torpaqlarda çoxsaylı ziyalı, incəsənət və dövlət xadimlərinin yetişdiyini qeyd edib. 
Əldə olunan razılaşmanın pozulması və münaqişənin yenidən hərbi mərhələyə keçməsi ehtimalı haqda sualla bağlı təmsilçimiz Ermənistanın 44 gün davam edən hərbi əməliyyatlar ərzində 3 dəfə elan edilmiş humanitar atəşkəs rejimini dərhal pozduğunu, bu səbəbdən Azərbaycan tərəfinin daim belə təxribatlara hazır olduğunu bildirib.
Səfir bu günədək hərbi əməliyyatlar yolu ilə işğaldan azad edilmiş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə məhv edildiyini, eyni zamanda, bəyanatın tələblərinə əsasən ermənilərin hazırda işğal edilmiş ərazilərimizi tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, bütün bunların Ermənistan hökumətinin bölgədə yaşayan erməni icmasında Azərbaycana qarşı aşıladığı nifrətin göstəricisi olduğunu və bu cinayətlərlə bağlı Azərbaycanın beynəlxalq məhkəmə orqanlarına müraciət edəcəyini söyləyib. 
Münaqişə ilə yanaşı, Azərbaycanın coğrafi yerləşməsi, dövlət quruluşu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, ölkəmizin neft sənayesi tarixi, enerji və infrastruktur layihələri, turizm imkanları və çoxmədəniyyətliliyi haqda danışan səfir, Azərbaycanın 40-a yaxın fərqli etnik mənsubiyyətdən olan insanlara, o cümlədən on minlərlə erməni ailəsinə ev sahibliyi etdiyini, bu xüsusda Roma papası Fransisko tərəfindən bütün dünya ölkələri üçün tolerantlıq modeli adlandırıldığını bildirib. 
Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrdən danışan səfir, iki ölkə artasında müsbət siyasi dialoq mövcud olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, habelə qanunverici orqanlar arasında davamlı əməkdaşlıq aparıldığını, Kolumbiya Parlamenti tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın münaqişədəki haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edildiyini, ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil sahələrində ortaq layihələr işləndiyini, bu xüsusda azərbaycanlı diplomatlar üçün ispan dili kurslarının kolumbiyalı müəllimlər tərəfindən həyata keçirildiyini qeyd edib.     /oxu.az

Siyasi       Tarix: 21 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az son.xabar cəbhədən xəbərlər xeberler bu gun