"Azərbaycanlılar artıq İrəvandadır, biz onların təhlükəsizliyini təmin etmişik" - Arutyunyan

"Azərbaycanlılar artıq İrəvandadır, biz onların təhlükəsizliyini təmin etmişik".
KONKRET.az xəbər verir ki, bu barədə aprelin 13-də jurnalistlərlə görüşündə Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan məlumat verib.
"Qonşu ölkənin ağır atletika üzrə Avropa çempionatında iştirakı ilə bağlı böyük ajiotajın olmasını istəmirəm. Azərbaycanlılar artıq İrəvandadırlar, biz onların təhlükəsizliyini təmin etmişik.
Azərbaycanın 4-ü idmançı olmaqla 12 nəfərdən ibarət nümayəndə heyəti artıq İrəvana gəlib. Onlar açılış mərasimində iştirak etməyəcəklər. İdmançıları formada saxlamaq üçün əlavə stresli vəziyyətlərdə olmamalıdırlar.
İdman dünyasında hətta münaqişəli ölkələrin komandalarını qəbul etmək adətdir. Biz Avropa Federasiyasının üzvü olan və iştirak etmək istəyən bütün ölkələri qəbul etməyə borcluyuq. Müraciət edəndə dedik ki, bütün ölkələrdən idmançıları qəbul edəcəyik və onların təhlükəsizliyini təmin edəcəyik.
Bu müddət ərzində Avropa Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın təhlükəsizlik komandası ilə yazışmalarımız olub. Partnyorlar əlavə təhlükəsizlik tələb etdilər və biz bunu təmin etdik. Biz bütün tədbirləri görmüşük: müşayiət, hava limanında qarşılanma, oteldə əlavə təhlükəsizliyin təmin edilməsi.
Azərbaycanla müzakirələrimiz son hadisələrdən əvvəl olub", – deyə Arutyunyan bildirib.
Xatırladaq ki, aprelin 15-23-də İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Çempionatın açılış mərasimi aprelin 14-də baş tutacaq.
Xuraman Etibarlı,
KONKRET.az

İdman       Tarix: 13 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler yeni xeberler azerbaycan xeberleri zelzele hava son.xeberler cəbhədən son xeber