Azərbaycanlılar təhlükəsiz şəkildə Qərbi Zəngəzura yerləşdiriləcəklər

Azərbaycanlılar təhlükəsiz şəkildə Qərbi Zəngəzura yerləşdiriləcəklərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibə verib. Jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq Azərbaycan  iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun artması, Azərbaycan-İran münasibətləri, Şərqi Zəngəzurun bərpası və bu kimi bir sıra məsələlərə toxunub.
Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz gücü ilə geri almaqla işğalçıların havadarlarına və eyni zamanda bütün dünyaya öz gücünü-qüvvəsini, yenilməzliyini göstərdi. Cəmi 44 günə Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri düşmənə diz çökdürdü. 
Bildiyimiz kimi ATƏT-in Minsk qrupunun üç həmsədri ermənilərin tərəfini saxlayırdı və onlar bu işi bacardıqca ləngitməyə və Ermənistanın xeyrinə həll olunmasına çalışırdılar. Ona görə də ərazilərimizin birmənalı olaraq dialoq yolu ilə qaytarılması mümkün deyildi. 
Üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da Azərbaycan tərəfindən qaldırılmışdır. Ermənistana bu kəndləri qaytarmağa vadar edən isə Azərbaycan Prezidentinin güclü siyasəti və Azərbaycanın vətənpərvər oğullarının döyüşkənliyi, qəhrəmanlığı ilə vətən müharibəsində qalib gəlməyimiz və antiterror əməliyyatı oldu. 
Cənab Prezident müsahibəsində qeyd etmişdir ki, mənim Qazağın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdur, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Lakin bilirdik ki, biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil,  həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir.
Cənab Ali Baş Komandan eyni zamanda Ermənistanın hal-hazırda silahlanması ilə bağlı bir mesaj olaraq bunun yeni təhlükə yarada biləcəyini bildirmişdir.
Azərbaycan həmişə sülh tərəfdarı olub. Lakin ermənilər və onların havadarları bunu istəmir. Ermənilər bir sıra ölkələrin hesabına silahlanır və şübhəsiz ki, belə silahlanma gərginliyə gətirib çıxaracaq. 
Ermənilər yenə də onları Azərbaycana qarşı provokasiyalara, təxribatlara təhrik edənlərə inanır. Unudurlar ki, 2020-ci ildə, müharibə vaxtı da, sonrakı dövrdə də həmin ölkələr onlara arxa dura bilməmişdirlər. Şübhəsiz ki, indi də bunu bacarmayacaqlar. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti, ordumuzun yüksək peşəkarlığı sayəsində onlar yenə də məğlub olacaqlar. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi  və təhlükəsizlik məsələlərinə xərclənəcək. Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik.
Biz istəyirik ki, artıq  müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, bunu nə Ermənistan, nə də onun havadarları istəmirlər. Müstəqil Ermənistan  dövləti, əslində, faşist dövlətidir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba  torpaqlarından qovulması ilə öyünür. 
Bizə qarşı 30 illik işğalçılıq siyasəti təkcə  Ermənistanın məhsulu deyil, onunla həmrəy olan islamafob, azərbaycanofob, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik." 
Ermənistan hər işdə olduğu kimi öz sözünə əməl etmir. 10 noyabr Bəyannaməsinin maddələrini yerinə yetirməlidir. Zəngəzur dəhlizi sülh yolu ilə açılmalıdır. Dörd ildir ki, Azərbaycan səbrlə gözləyir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana insanlar başqa yollarla gedib-gəlirlər.
Ermənistanın durmadan silahlanması işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə də mane olur. Çünki büdcənin əsas xərcləri silahlanmaya gedir. Bu da abadlıq işlərinin görülməsini və keçmiş köçkünlərin geri dönməsini ləngidir. Lakin köçkünlərin öz doğma yerlərinə qaytarılması əsas prioritet məsələlərdəndir.
3 il ərzində 10 yaşayış məntəqəsinə artıq 30 minə yaxın insan köçürülüb. Onlar orada müxtəlif işlərlə təmin ediliblər.
Dövlət başçısı müsahibəsində bu il üçün daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması ilə bağlı söyləyib: "Biz əsas infrastruktur layihələri  yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox  su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Ağdam şəhərində sənaye parkı tikilib istifadəyə verilib. Yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir."
Çox təəssüf doğurur ki, müsəlman ölkəsi olan İran İslam Respublikası da müharibə dövründə Ermənistanın yanında olub. Hətta müharibədən sonra da Ermənistandan keçərək Qarabağa yanacaqdolduran maşınlarla səfər edirdilər. Onlar da işğalçı Ermənistanın tərəfini saxlayaraq azərbaycanlılara qarşı terror aktları törətməkdən çəkinmirdilər. Belə ki, Azərbaycanın İrandakı səfirliyinə hücum təşkil olunmuşdur. Bu terror nəticəsində ölən və ağır yaralananlar olmuşdur. Qətli törədən isə hələ də azadlıqdadır.
Müharibənin ilk dəqiqələrindən isə qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bildirdi. Bu, Azərbaycana həm də mənəvi güc verdi. Azərbaycanla Türkiyə hər zaman, hər bir işdə biri birini dəstəkləyir. Bu gün Suriya məsələsində də Azərbaycan Türkiyənin yanındadır. 
Terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və buna nail olur. Türkiyənin Suriyanın inkişafında böyük rolu vardır. Azərbaycan da öz növbəsində Türkiyənin köməyi ilə Suriyaya yardım edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, -bir qədər bu məsələyə biz  toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi  geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan."
Ümidvarıq ki, Suriyadakı bu dəyişiklik Azərbaycanın da xeyrinədir. 12 il ərzində Azərbaycanın Suriya ilə heç bir əlaqəsi olmayıb. Azərbaycanın səfirliyi Suriyadan çıxarılıb. Eyni zamanda Əsəd dövründə Suriya hər zaman Ermənistanın yanında olub. Ermənistana yardım edib.
Dövlət başçısı müsahibəsində Amerika-Azərbaycan münasibətlərinə də toxunub. Qeyd edib ki, Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə irəliləyişə nail ola bilmişik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. 
Çox sevindirici haldır ki, bütün bunlara baxmayaraq Azərbaycanda ilbəil demək olar ki, bütün sahələr üzrə irəliləyişlər var. Ötən il Azərbaycan iqtisadiyyatı xeyli inkişaf etmişdir. Qeyri neft sektorunun inkişafında respublikamız rekord göstəriciyə nail olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon ölkə üçün bu, çox böyük göstəricidir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Bu ilin büdcəsi rekord səviyyədədi. Büdcə xərcləri 41 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb."
Azərbaycanın ötən il növbəti uğurlarından biri də COP29-a sədrliyi idi. Azərbaycan cəmi bir il ərzində bu tədbirə olduqca yüksək səviyyədə hazırlaşdı. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin sayı 14 idi. Ən mühüm amillərdən biri isə ölkəmizin təqdimatı idi ki, regionda hələ bu qədər qonağın iştirak etdiyi və belə yüksək səviyyədə tədbir keçirilməmişdir. 
Qonaqların bir qrupu eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə də səfər edərək, burada gedən işlərlə tanış olmuş, işğal vaxtı törədilmiş cinayətləri öz gözləri ilə görmüşlər.
Bildiyimiz kimi indiki Ermənistan adlanan ərazi vaxtilə azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Azərbaycanlılar XX əsrdə üç dəfə deportasiyaya məruz qalıb. Hər dəfə də bu deportasiyalar böyük fəsadlara gətirib çıxarıb. 1920-ci ilin noyabr ayında Qərbi Zəngəzur Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilib. 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışlayıb. Bu gün Qərbi  Azərbaycandan olan soydaşlarımızın sayı 300 mindən çoxdur. Onlar öz doğma ata-baba yurdlarına dönmək arzusundadırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Sadəcə buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxarmayacayıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm də onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsiz şəraitdə Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər."
Şəhla Ağbulud
yazıçı-jurnalist, AYB Abşeron bölməsinin sədri / azxeber.com

Siyasi       Tarix: 10 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Nazirlər Kabinetin

Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?

Son dövrlər ABŞ ilə İsrail arasında münasibətlərdə müəyyən gərginlik və fikir ayrılıqlarının yarandığı müşahidə olunur. Xüsusilə İran məsələsi, Qəzza müharibəsi, Livan və Suriya istiqamətində atılan addımlar, eləcə də Vaşinqtonu

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası" verilişində "Televizor

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Köçəryanın deputat mandatı bu şəxsə verildi

Ermənistanda "Ermənistan" blokunun parlament mandatlarının bölgüsü zamanı sabiq prezident Robert Köçəryanın deputat mandatını kimin əvəz edəcəyi məlum olub. xəbər verir ki, bu barədə blokun deputatı Aqnessa Hamoya

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə

"ABŞ ilə İran arasında müəyyən razılıqlar əldə olunsa da, münasibətlər yenidən kəskinləşib və danışıqlar dalana dirənib. Əgər ABŞ yenidən İrana hücum edərsə, strateji nəqliyyat marşrutlarında, xüsusilə İranın təsir imkanlarını

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısın


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu şou biznes xəbərləri meherremlik 2026 xəbər.az