"Azercell" "GSMA M360 2024" konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, "Azercell Telekom" MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən "GSMA M360 2024" konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən "Azercell"in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.
"Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etmək mənim üçün xüsusilə qürurverici oldu. Çünki bununla biz şirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız "Azercell"in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir", - deyə Şirin Əliyeva bildirib.  
"Azercell"in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda çıxış edən Şirin Əliyeva "Azercell"in enerji, su və yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.
Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnız Qobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə çatdırıldığını bildirib. Belə ki, "Azercell"in yeni yaşıl baza stansiyaları artıq Zəngilan, Füzuli, Ağdam və Laçında  da fəaliyyətə başlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağı planlaşdırır.
Hesabatda həmçinin "Azercell"in təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər istiqamətlərdə reallaşdırdığı sosialyönümlu təşəbbüsləri haqqında da məlumat verilib. Eyni zamanda, hesabat "Azercell"in əməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir daha vurğulayır.
Şirin Əliyeva bildirib ki, "Azercell"in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir: "Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir".
Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.
Hesabatla tanış olmaq üçün "Azercell"in səhifəsinə keçid edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 may 2024
f Paylaş

Oxşar xəbərlər

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər son xeberler 2026 son xeber 2026 kriminal xeber