Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR

Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLARYeni konsepsiya rəqəmsal həlləri, satış və fərdiləşdirilmiş xidməti vahid məkanda birləşdirir.
azxeber.com xəbər verir ki, Azercell abunəçilərə rəqəmsal həllər vasitəsilə daha müasir və çevik xidmət imkanları təqdim etmək məqsədilə yeni konsepsiyalı ilk diler mağazasını istifadəyə verir. Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 15A ünvanında yerləşən mağaza rəqəmsal texnologiyaları, müştəriyönümlü xidmət modelini və müasir pərakəndə satış həllərini vahid məkanda bir araya gətirir.
Qlobal telekommunikasiya sektorunun qabaqcıl təcrübələri nəzərə alınmaqla hazırlanmış yeni konsepsiyada xidmət prosesinin sadələşdirilməsinə və abunəçilərin ehtiyaclarına uyğun daha çevik modelin yaradılmasına xüsusi diqqət yetirilib. 
Mağazada tətbiq olunan rəqəmsal özünəxidmət həlləri abunəçilərə bir sıra əməliyyatları daha rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır. İnteraktiv ekranlar vasitəsilə məhsul və xidmətlər haqqında məlumat əldə etmək və mövcud seçimlərlə tanış olmaq mümkündür. Eyni zamanda, fərdi dəstəyə ehtiyacı olan abunəçilərə təmsilçilər tərəfindən xidmət göstərilir.
Yeni konsepsiya pərakəndə satış təcrübəsini də əhatə edir. Mağazada Azercell-in məhsul və xidmətləri ilə yanaşı, müxtəlif cihazlarla tanış olmaq və onları əldə etmək mümkündür. Rəqəmsal həllərin satış prosesinə inteqrasiyası isə məhsullar haqqında məlumatın daha rahat əldə olunmasına şərait yaradır. 
Yeni nəsil mağazanın istifadəyə verilməsi Azercell-in müştəri xidmətlərinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Şirkət abunəçiləri üçün daha rahat, çevik və müasir xidmət imkanları yaratmağa davam edəcək.
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLARAzercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLARAzercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLARAzercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLARAzercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR

İqtisadiyyat       Tarix: 10 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası iləoktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir.Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlətəqdi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Birbank Invest vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı

14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən "EmbaFinans" BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir. . İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddət


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər cəbhədən son xəbərlər 2026 xeber az xeberler bu qun