Azercell-in dəstəyi ilə Bakıda "Dayanıqlı İnkişaf" hakatonu keçirildi - FOTOLAR
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər.
Yanvarın 18-də Oxbridge Academy-də Azercell və "Eventify" şirkətinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf" hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb.
Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Yarışa 12-18 yaş arasında olan gənclərdən ibarət ümumilikdə 11 komanda qatılıb. Yarışçılara ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji problemlərin həllinə 6 saat vaxt ayrılıb. Komandalar mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayaraq münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin qərarına əsasən ekoloji layihələrdə bonus xal sistemi vasitəsilə iştirakı təşviq edən təşəbbüs ilə "Bono" komandası qalib gəlib. 2-ci yerin sahibi dayanıqlı şəhər layihəsi ilə "Homeboys" komandası, 3-cü yerə isə meşə yanğınlarına qarşı dron həlli təklifi ilə "JoshuaTech" komandası seçilib.
Qalib komandalar baş sponsor Azercell-in xüsusi mükafatları ilə təltif olunublar.
"Azercell Telekom" MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.




/ azxeber.com

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək