Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan "FIRST"ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib. 
Bununla da Azercell, "FIRST"ün qlobal şəbəkəsinə daxil olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı, ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk sektoral "Telecom CERT" komandası statusunu qazanıb.
"FIRST"ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi, insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra təqdim olunur. Google, Microsoft, Amazon və Cisco kimi aparıcı texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118 ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən komandaları bir araya gətirir. Azərbaycandan "FIRST"ün üzvləri sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi Bankının komandaları da yer alır.
Azercell-in "FIRST"ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.
Bu nailiyyət Azercell-in kibertəhlükəsizlik sahəsində uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir.
Bu çərçivədə Azercell daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib. Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik reaksiya verilməsinə şərait yaradıb.
Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.
"FIRST"ə üzvlük Azercell-ə real vaxt rejimində qlobal kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək.
Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək. / azxeber.com

İqtisadiyyat       Tarix: 21 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne