Azercell media nümayəndələrini təbrik edir
"Mediacell" istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur.
azxeber.com xəbər verir ki, Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli mətbu orqan olan "Əkinçi" qəzetinin nəşri ilə başlayır. Ötən 150 ildən artıq dövr ərzində milli mətbuatımız cəmiyyətin maariflənməsində, ictimai dəyərlərin təşviqində və ölkədə baş verən proseslərin işıqlandırılmasında mühüm rol oynayıb.
Bu əlamətdar gün münasibətilə Azercell "Mediacell" tarifinin istifadəçilərinə hədiyyə olaraq 5 GB həcmində mobil internet paketi təqdim edir. Hədiyyə internet paketindən aktivləşdirildiyi tarixdən etibarən 30 gün müddətində istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: Media Günü
"Azercell Telekom" MMC Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, cəmiyyətin obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdikləri peşəkar fəaliyyəti yüksək qiymətləndirir.
Şirkət işğaldan azad edilmiş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini ehtiramla yad edir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti