Azercell Silahlı Qüvvələr Günü münasibətilə "Əsgərcell" təklifini istifadəyə verir
"Azercell Telekom" MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda "Əsgərcell" xüsusi təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək.
Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda "ağ siyahı"ya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək imkanı yaradacaq. Eyni zamanda, təcili çağırış nömrələri ilə əlaqə saxlamaq mümkün olacaq.
"Əsgərcell" təklifi 01 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. "Əsgərcell" nömrələrinin istifadə müddəti 18 ay müəyyən edilib. Bu müddət ərzində nömrələrin xətti daim açıq qalacaq.
Təklifə qoşulma şərtləri və ətraflı məlumat üçün: Əsgərcell.
"Azercell Telekom" MMC 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.
Əsgərcell – şərəflə və sədaqətlə xidmətinizdəyik! / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır