Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirirŞirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst" ilə əməkdaşlıq edir
Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom" MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst" ilə əməkdaşlıq edir. Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.
Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji baza yaratmağa imkan verir.
Vahid data mühiti biznes və texnologiya komandaları arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə inteqrasiyasını dəstəkləyir.
Qeyd edək ki, "Starburst" ilə tərəfdaşlıq Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.
Layihənin uğurlu icrası "Starburst" tərəfindən qlobal uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib. / azxeber.com

İqtisadiyyat       Tarix: 24 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri hava proqnozu meherremlik 2026