Azercell və AWS-dən Azərbaycan dilinə yönəlmiş texnoloji yenilik

Azercell və AWS-dən Azərbaycan dilinə yönəlmiş texnoloji yenilikAzercell Telekom Azərbaycan dili üçün süni intellekt imkanlarının inkişafı istiqamətində mühüm addım atıb. Şirkət Amazon Web Services (AWS) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində böyük dil modellərinin (LLM) təlimi üçün praktik tətbiqə hazır texnoloji platforma yaradıb.
Qabaqcıl bulud texnologiyaları və süni intellekt həllərinin məhdud rəqəmsal resurslara malik dillərə uyğunlaşdırılması baxımından bu layihə AWS-in rəsmi platformasında uğurlu nümunə kimi təqdim olunub. Bu layihə ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan dilini anlayan və onun xüsusiyyətlərini nəzərə alaraq məlumatları düzgün emal edən süni intellekt sistemlərinin yaradılması ölkənin rəqəmsal inkişafı və texnoloji transformasiyası baxımından vacib istiqamətlərdən biridir.
Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.
Azercell və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır.
Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.
Azercell üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.
 Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması "Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası"nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma Azercell-in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azercell-in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir. / azxeber.com

İqtisadiyyat       Tarix: 06 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler